Astara və Lerik rayonunlarında "Gələcəyin birİNCİləri" layihəsinin oyunu təşkil baş tutdu -

Astara və Lerik rayonunlarında "Gələcəyin birİNCİləri" layihəsinin oyunu təşkil baş tutdu

 5-6 fevral 2020-ci il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gələcəyin birİNCİləri” intellektual oyunu layihəsi çərçivəsində Astara və Lerik rayonunlarında "Gələcəyin birİNCİləri" layihəsinin oyunu təşkil baş tutdu.
Astara rayonununda 16-29 yaş qruplarında gənclərdən ibarət 9 komanda və hər komanda üzrə 6 nəfər təmsil olunmuşdur. Lerik rayonunda isə 7 komanda olmaqla hər komandanın tərkibi 6 nəfərdən ibarət olmuşdur. Hər iki rayonda yarışmanın açılışını giriş sözü ilə başlayan “Gələcəyin birİNCİləri” intellektual oyunu layihəsinin rəhbəri Famil Məmmədov Azərbaycan Respublikasının Gənclər Fondu, layihə və layihənin məqsədləri haqqında komanda üzvlərini məlumatlandırmış və iştirakçıları yarışmada fəal olmağa çağırmışdır. Astara rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Rufan Şirinov, Lerik rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq İsaqov dövlətin gənclər siyasəti, gənclərin hərtərəfli inkişafı üçün yaradılmış infrastrukturla bağlı məlumatları iştirakçıların diqqətinə çatdırmış və yarışmanın işinə uğurlar arzulamışdır.
Daha sonra söz yarışın aparıcısı Ramal Ağazadəyə verilib. O öz növbəsində qaydalarını iştirakçılara izah etmiş, komandaların adlarını dəqiqləşdirdikdən sonra yarışmanın başlanmasını elan etmişdir. Yarışmanın nəticələrinə əsasən hər iki rayonda İlk 3 yeri qazanmış komandların hər bir üzvünə təşkilat komitəsi tərəfindən diplomla verilmişdir. Məlumat üçün qeyd edək ki, layihənin sonucu oyunu 12 fevral 2020-ci il tarixində isə Masallı rayonunlarında keçiriləcəkdir.

Layihənin həyata keçirilməsində əsas məqsəd gənclərin asudə vaxtını səmərəli keçirmək və onları bu cür intellektual oyunlara cəlb etməkdir.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !