BİNƏQƏDİDƏ GƏNCLƏR YENİ TƏŞƏBBÜSLƏRƏ BAŞLAYIR -

BİNƏQƏDİDƏ GƏNCLƏR YENİ TƏŞƏBBÜSLƏRƏ BAŞLAYIR

UNICEF Avropa İttifaqının maliyyə dəstəyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, eləcə də Gənclər Fondunun tərəfdaşlığı ilə "Azərbaycan Hökuməti və BMT-nin birgə Gənclər üçün Xidmətlər təşəbbüsü" proqramını həyata keçirir. Proqramın məqsədi Gənclər Evləri və İnkişaf və Karyera Mərkəzlərinin fəaliyyətlərini gücləndirmək, habelə gənclər üçün təklif olunan xidmətlərin çeşid və keyfiyyətini yüksəltməkdir.

Proqramın fəaliyyət istiqamətlərindən biri kimi təhsil sahəsində Education HUB tərəfindən icra olunan "Yarat... İnkişaf Et... Töhfə Ver..." layihəsinin təlimləri Binəqədi Gənclər evində davam etmişdir. "Yarat... İnkişaf Et... Töhfə Ver..." layihəsinin məqsədi incəsənət vasitələrindən istifadə etməklə gənclərin icmalarda fəaliyyətini artırmaq, yeni bilik və bacarıqlar aşılamaq, yaradıcı və innovativ sosial təşəbbüslərin həyata keçirilməsinə dəstək vermək, onları gələcəkdə sosial layihələrin idarəçiliyinə hazırlamaqdır.
Təlimlər zamanı 25 nəfər gənc layihələrin idarə olunması üzrə yeni biliklər əldə etmiş, fərqli incəsənət vasitələrindən istifadə etməklə ekologiya, gənclərin düzgün ixtisas seçimi, anti bullinq, milli dəyərlərin müasir üslubda təbliğ olunması və s. mövzularda sosial layihələr hazırlamışlar. Mart ayından etibarən gənclər mentorların dəstəyi ilə layihələrin icrasına başlayacaqlar.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !