Fəzail Ağamalı Kamil Musəvi ilə bağlı hüquq-mühafizə orqanlarına və MSK-ya müraciət etdi - -VİDEO+FOTO

Fəzail Ağamalı Kamil Musəvi ilə bağlı hüquq-mühafizə orqanlarına və MSK-ya müraciət etdi -VİDEO+FOTO

Bu gün 60 saylı Salyan-Neftçala seçki dairəsindən namizədliklərini irəli sürmüş Qarabağ qazisi Kamil Musəvi və Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı arasında qalmaqal yaşanması haqqında xəbər vermişdik. F.Ağamalı hadisə ilə bağlı Baş Prokuror Zakir Qaralova, Daxili İşlər naziri Vilayət Eyvazova, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahova müraciət edib.
Yeniavaz.com
xəbər verir ki, F. Ağamalı küt alətlərlə üzərinə hücum edildiyini bildirib. Onun sözlərinə görə, hadisə Salyan rayonunun Qarabağlı kəndində seçicilərlə keçirdiyi görüşü başa çatdırandan sonra baş verib: "Deputatlığa namizəd Kamil Musəvi müxtəlif bölgələrdən gətirdiyi insanlar ilə birlikdə aqressiv şəkildə üzərimə hücum etdilər. Söyüş və təhqiramiz davranışlarla mənə və tərəfdarlarıma fiziki təzyiq göstərdilər. Minik maşınıma əllərindəki küt alətlərlə zərbələr vurmağa başladılar".
Deputatlığa namizəd müraciətin fotosunu sosial şəbəkələrdə yayıb: 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !