4 qadın intihar məqsədi ilə sirkə turşusu içib - - RƏSMİ

4 qadın intihar məqsədi ilə sirkə turşusu içib - RƏSMİ

Ötən ay dərmandan zəhərlənmələrlə bağlı Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə 16 müraciət olub.
Bu barədə lent.az-a Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov məlumat verib.
Dərmanların əlavə təsirləri ilə bağlı olan müraciətlərin sayı isə 11 olub.
Hər iki halda ölüm qeydə alınmayıb.
A.Maqsudov onu da bildirib ki, ötən ay şöbəyə sirkə turşusundan zəhərlənmə faktı ilə bağlı 4 müraciət olub: “Sirkə turşusu içənlərdən heç biri ölməyib. Onlar vasitəni intihar məqsədilə qəbul edib. Müracət edənlərin 4-ü də qadın olub”. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !