Göyərtəsində 172 sərnişin olan daha bir təyyarə səhvən vurulacaqdı -

Göyərtəsində 172 sərnişin olan daha bir təyyarə səhvən vurulacaqdı

Göyərtəsində 172 sərnişinin olduğu təyyarə son anda raketlə vurulmaqdan xilas olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Fevralın 6-da İsrailin “F-16” qırıcıları Dəməşqin ətrafındakı yerlərə raket zərbələri endiriblər. Bu zaman Tehrandan hərəkət edən “Airbus-320” təyyarəsi Dəməşq şəhərinə eniş etməyə hazırlaşıb. Raket zərbələrindən son anda xilas olan təyyarə Rusiya dövlətinə məxsus Xmeymim aviabazasına eniş etməyə məcbur olub.
Qeyd edək ki, yanvarın 8-də İran ordusu Ukraynaya məxsus “Boeing 737” tipli sərnişin təyyarəsini Tehranın İmam Xomeyni hava limanı yaxınlığında 2 raket zərbəsi ilə vurmuşdu. Nəticədə 176 nəfər həlak olmuşdu.
Quliyeva Firəngiz 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !