Ən çox şikayət daxil olan marşrut xətləri "BakuBus"a verildi - - SİYAHI

Ən çox şikayət daxil olan marşrut xətləri "BakuBus"a verildi - SİYAHI

Ötən ilin dekabrında 11, 30, 40, 71 və 199 nömrəli müntəzəm marşrut xətləri üzrə elan olunan müsabiqə yekunlaşıb.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.
Məlumata görə, nəticələrə əsasən 11, 30 və 40 nömrəli müntəzəm marşrut xətləri üzrə “BakuBus” MMC qalib elan olunub.
Qeyd edilən marşrut xətləri üzrə sərnişindaşıma fəaliyyətinin “BakuBus” MMC tərəfindən həyata keçirilməsi mərhələli şəkildə təmin oluncaq. Bununla bağlı əvvəlcədən ictimaiyyətə məlumat veriləcək.
71 və 199 nömrəli marşrut xətləri üzrə isə daşımalar növbəti müsabiqələr keçirilənədək müvəqqəti olaraq əvvəlki daşıyıcılar tərəfindən icra ediləcək.
Qeyd edilib ki, sərnişindaşımada nəqliyyat xidmətləri üzrə keyfiyyət və təhlükəsizliyin artırılması məqsədilə 12, 24, 32, 35, 67, 93 və 211 nömrəli müntəzəm marşrut xətləri müsabiqəyə çıxarılıb. Daxil olan vətəndaş müraciətləri əsasında sadalanan müntəzəm marşrut xətləri üzrə təhlillər aparılıb və bir sıra çatışmazlıqların olduğu müəyyən edilib. Bunu nəzərə alaraq, qeyd edilən xətlərin müsabiqəyə çıxarılması qərara alınıb. Müsabiqənin şərtləri və qaydaları barədə ictimaiyyətə əlavə məlumatlar veriləcək. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !