Cavadxan QASIMOV: - NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA 2020-Cİ İL İXRAC İLİDİR, YAXUD MİLLİ İQTİSADİYYATA YENİ TÖHFƏ

Cavadxan QASIMOV: NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA 2020-Cİ İL İXRAC İLİDİR, YAXUD MİLLİ İQTİSADİYYATA YENİ TÖHFƏ

Cavadxan QASIMOV
 İqtisad üzrə fəlsəfə doktoru, dosent

Bu bir həqiqətdir ki, Naxçıvan Muxtar Respublikasında davamlı iqtisadi inkişafın və dayanıqlı sosiallaşma proseslərinin güclü əsasları təmin olunmuşdur. Bazar münasibətləri şəraitində təşəkkül tapan iqtisadi-istehsal münasibətləri regionların bu sahədəki potensialını daha da gücləndirmiş, nəticədə artan təlabatların daxili mənbələr və yerli istehsal hesabına qarşılanması təmin olunmuşdur. Həyata keçirilən tənzimləmə tədbirləri istehsalçıları fəaliyyətlərində stimullaşdırmış, onlar dövlətin artan qayğısı qarşısında daha yüksək əzmlə fəaliyyət göstərməyə ruhlanmışlar. Əsas məqsəd olaraq, insanların sosial rifah göstəricilərinin artan dinamikasının təmin olunması, onların məşğulluq imkanlarının, həmçinin məhsuldar nəticələrə yönəlmiş ideya və təşəbbüslərinin genişmiqyaslılığı qarşıya qoyulmuş və ona nail olunmuşdur. Yaradılmış səmərəli fəaliyyət mühiti yerli istehsal imkanlarını artırmış, bu isə idxalın məhdudlaşdırılması, ixracın isə stimullaşdırılması fonunda bu sahə üzrə məhsulların istehsalını daha da artırmışdır.
Aydındır ki, Naxçıvan Muxtar Respublikası bir tərəfdən tarixi düşmənimiz ermənilərin uzun illərdir ki, yaratdığı blokada şəraitində yaşayır, digər tərəfdən isə etibarlı qonşuluq və tərəfdaşlıq siyasətinin hərəkətverici qüvvəsi olaraq böyük əhəmiyyətə malikdir. Xalqımızın ümummilli lideri böyük Heydər Əliyevin həmişəyaşar ideyaları ilə siyasi sabitliyini, sosial-iqtisadi gücünü daha da möhkəmləndirən ölkəmizin ayrılmaz tərkib hissəsi olaraq muxtar respublika qeyd olunan üstünlüklərinin daha da gücləndirilməsi ilə blokadanın təhdidlərini sıfıra endirmiş və bu, dinamik sosial-iqtisadi inkişafın sürətləndiriməsində mühüm amil olmuşdur. Təbii ki, belə bir potensial muxtar respublikanın xarici iqtisadi əməkdaşlığının inkişafında da yeni mərhələnin əsaslarını yaratmışdır. Bu isə, muxtar respublikada Xarici Ticarət Dövriyyəsinin, o cümlədən, ixracın səmərəli nəticələrinin ortaya çıxması üçün münbit zəminlər yaratmışdır. Qeyd edək ki, artıq muxtar respublikanın xarici ticarət sahəsindəki perspektivləri 2009-cu ildən etibarən daha da məhsuldar olmuşdur. Belə ki, həmin ildən başlayaraq, ixracın idxalı üstələməsi ilə xarici Ticarət Dövriyyəsində müsbət saldo da artmağa başlamışdır.

Şəkil 1
2009-2019-cu illərdəNaxçıvan Muxtar Respublikasında Xarici Ticarət Dövriyyəsinin, o cümlədən, ixracın artması haqqında məlumat (min ABŞ dolları)


İqtisadiyyatın yüksək təminat qabiliyyətinə malik olması, daha çox sosial mahiyyəti böyük olan tədbirlərin əhatəsini də genişləndirmişdir. Bu isə onun makroiqtisadi proseslərin məqsədyönlülüyündəki rolunu daha da artırmışdır. Müvafiq hesablamalar apardıqda aydın olur ki, 2009-cu ildə ixrac ümumi Xarici Ticarət Dövriyyəsinin 51 faizini təşkil edirdisə, artıq bu göstərici ötən 2019-cu il üzrə 85,6 faizə qədər artmışdır. Digər tərəfdən, 2019-cu ildə Xarici Ticarət Dövriyyəsinin həcmində 2009-cu illə müqayisədə 2,3 dəfə, ixracın həcmində isə 3,8 dəfə artım olmuşdur. Diqqəti çəkən bir amil də odur ki, 2019-cu ildə ixracın həcmi 2009-cu il üzrə Xarici Ticarət Dövriyyəsi üzrə ümumi göstəricidən 1,9 dəfədən çox artmaqla təşəkkül tapmışdır. Bu isə təbii ki, qarşıdakı hədəf və perspektivlərin daha da artırılmasına yol açacaqdır.
Təbii ki, belə bir dinamikanın mövcudluğu idxalın həcmindəki azalma ilə də özünü göstərməkdədir. Əgər 2009-cu ildə idxalın həcmi Xarici Ticarət Dövriyyəsinin ümumi həcminin 49 faizini təşkil edirdisə, artıq bu göstərici 2019-cu il üzrə 14,4 faizini təşkil etmişdir. Bunu aşağıdakı şəklin məlumatlarından da görə bilərik:


Şəkil 2
2009-2019-cu illərdəNaxçıvan Muxtar Respublikasında idxalın azalması haqqında məlumat (min ABŞ dolları)


Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi inkişaf dinamikdir, yerli istehsalın davamlı inkişafına istiqamətlənib və daxili təlabatın məhz bu amil hesabına qarşılanmasını hədəfləyir. Nəticədə isə, yeni istehsal müəssisələrinin yaradılması ixracyönümlü və rəqabətədavamlı məhsul istehsalının həcmindəki dinamik artımda öz məqntiqi ifadəsini tapır. Bu, eyni zamanda ixracın həcminin davamlı artması fonunda müsbət saldonun da təşəkkülünə olan zəminləri də gücləndirir.


Şəkil 3
Naxçıvan Muxtar Respublikasında yaranan müsbət saldonun dinamikası (min ABŞ dolları)

Qətiyyətli iqtisadi siyasətin reallaşdırılması, hədəflərə nail olunması istiqamətində islahatların davam etdirilməsi, əhalinin alıcılıq qabiliyyətinin yüksəldilməsi və digər strateji tədbirlər tarixi İpək Yolu üzərində yerləşən doğma Naxçıvanımızın muxtariyyət tarixində yeni -yeni inkişaf səhifələrinin açılmasına imkan vermişdir. Böyük dövlətçilik təcrübəsinə malik olmaqla, muxtar respublikanın ictimai-siyasi və sosial-iqtisadi həyatında elə böyük də uğurlara imza atılmaqdadır. Naxçıvan Muxtar Respublikasında Ali Məclisinin Sədri tərəfindən 6 fevral 2020-ci il tarixdə hazırkı ilin “İxrac İli” elan olunması muxtar respublikada bu sahədəki proseslərin gedişinə olduqca təkan verəcək. Bu haqda imzalanan Sərəncam muxtar respublikanın milli iqtisadi quruculuq proseslərindəki rolunu daha da sürətləndirəcək, həmçinin muxtar respublikanın ölkənin etibarlı qonşuluq və tərəfdaşlıq siyasətinə töhfələrini daha da artıracaq.
Ölkəmizdə qeyri-neft sektoru sahəsindəki perspektivliliyin yüksəldilməsi məqsədilə islahatlardaha da çevik şəkildə davam etdirilməkdədir. Bu məqsədlə, 2004-cü ildən regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları, digər sahəvi tənzimləmə mexanizmləri, qərarlar, konsepsiyalar, strategiyalar və digər hüquqi aktlar qəbul olunmuşdur. Əsas məqsəd isə təbii ki, iqtisadiyyatın sahə strukturu üzrə isteshal şaxələndirməsinin təmin olunması, əhalinin məşğulluğu (özünüməşğulluğu) və digər təsərrüfat fəaliyyəti üçün səmərəli mühit yaradılmasından ibarətdir. Bunu məhsul çoxnövlülüyünün artan dinamikası da göstərir.


Şəkil 4
Naxçıvan Muxtar Respublikasında istehsal olunan məhsul növləri və yerli istehsal haqqında məlumat (növ)

 

Təhlillər göstərir ki, muxtar respublikada iqtisadi proseslər istehsalın təlabat qarşısındakı dayanıqlığının artırılmasına yönəldilmişdir. Hesablamalar aparanda aydın olur ki, 2014-cü il üzrə muxtar respublikada 352 növdə məhsul istehsal olunmuşdur ki, bunun da 336 növdə məhsula olan təlabat yerli istehsal hesabına ödənilmişdir. Bu göstərici müvafiq olaraq 2017-ci il üzrə 372-344, 2019-cu il üzrə isə 383-350 olaraq qeyd oluna bilər. Hər üç göstərici üzrə hesablamalar aparanda məhsul növləri üzrə yerli istehsal hesabına ödənilən təlabat ümumi növün 90-95-fazini təşkil etdiyini görürük.
Həyata keçirilən stimullaşdırıcı tədbirlər nəticəsində artıq ən ucqar dağ kəndlərində belə təsəsrrüfatçılığın müxtəlif formalarının yaradılması və nəticələrinin səmərəliliyi təmin olunmuşdur. Bu isə təbii ki, iqtisadiyyatın əsas və aparıcı hissələrinə çevrilən sənaye və kənd təsərrüfatı sahələrində ixracyöünümlü məhsul istehsalının davamlılığında perspektivliliyi artırmışdır. Elə bunun nəticəsi olaraq ötən 2019-cu ilmuxtar respublikada “Ailə təsərrüfatları” ili kimi elan olunmuşdur. Bu isə kənd təsərrüfatı sahəsində inkişafı daha da davamlı etməklə yanaşı, həm də aqrar sənaye inteqrasiyasının sürətlənməsinə öz töhfələrini vermiş, təlabatların ödənilməsi mümkün olmuşdur.Təkcə 2014-2019-cu illər üzrə olmaqla, sənaye və kənd təsərrüfatı sahələri üzrə ixrac məhsullarının həcmi də bunu göstərir. Qeyd edək ki, 2014-cü ildə 313 milyon 481 min ABŞ dolları həcmində sənaye məhsulu, təlabatdan çox istehsal olunmuş 95 milyon ABŞ dolları həcmində isə kənd təsərrüfatı məhsulları ixrac olunmuşdur. Bu göstərici müvafiq olaraq, 2019-cu ildə sənaye sahəsi üzrə 323 milyon 309 min ABŞ dolları, kənd təsərrüfatı üzrə isə 102 milyon 230 min 400 ABŞ dolları həcmində qərarlaşmışdır.
Beləliklə, Naxçıvan Muxtar Respublikasında 2020-ci ilin “İxrac İli” kimi elan olunması bir daha qarşıdakı illər üzrə inkişaf dinamikasına təminat verməkdədir. Burada həm sosiallaşma, həm iqtisadiyyatın diversifikasiyası, həm də uzunmüddətli prioritetlərin reallaşması yer almaqdadır. Təbii ki, mövcud potensial da elə bu istiqamətdə güclü baza təşkil etməkdədir.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !