Fatih Terim "Qalatasaray"ın prezidenti olmağa hazırlaşır -

Fatih Terim "Qalatasaray"ın prezidenti olmağa hazırlaşır

"Qalatasaray"ın baş məşqçisi Fatih Terim klubun prezidenti seçilə bilər.
AZpress.AZ apasport.az saytına istinadla xəbər verir ki, təcrübəli mütəxəssis prezidentliyə namizədliyini irəli sürməyə hazırlaşır.
İstanbul nəhənginin mövsümün sonlarına yaxın erkən seçim qərarı verməsi gözlənilir. 67 yaşlı mütəxəssis bu vəzifə uğrunda hazırkı rəhbər Mustafa Cengizə rəqib olacaq. Hətta bildirilir ki, Terim prezident seçilərsə, komandaya gətirəcəyi baş məşqçini də müəyyənləşdirib. O, keçmiş yetirməsi Okan Burukla bu barədə ilkin danışıq aparıb.
Qeyd edək ki, Fatih Terimin "Qalatasaray"la hazırkı müqavilə müddəti 2021-ci ilin yayına qədərdir.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !