Meyiti gizlədildiyi deyilən kişi ilə bağlı - - POLİSDƏN AÇIQLAMA

Meyiti gizlədildiyi deyilən kişi ilə bağlı - POLİSDƏN AÇIQLAMA

Bakıda itkin düşən şəxsin meyitinin gizlədilməsi ilə bağlı iddialara münasibət bildirilib.
Bakı şəhər BPİ Mətbuat Xidmətindən verilən məlumata görə, 2013-cü ildə Bakı şəhəri Suraxanı rayonunda yol-nəqliyyat hadisəsində ölən Ələmxan Əsədovun bioloji nümunələri Zəkəriyyə Kazımovun övladları və qardaşının bioloji nümunələri ilə müqayisəyə verilib. Analizlərin nəticəsinə görə, eynilik aşkar edilməyib.
Araşdırıma davam etdirilir.
Qeyd edək ki, "Space TV"-də yayımlanan "Olar? Olmaz!" verilişində çıxış edən İlhamə adlı qadın atasının avtomobil tərəfindən vurulduğunu, həmin hadisədən sonra meyitinin gizlədildiyini iddia edib. O bildirib ki, ruhi xəstə olan atası 2008-ci ildə evdən çıxıb və bir daha geri qayıtmayıb. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !