İDMAN YENİLİKLƏRİni - İNTİQAM təqdim edir (AZpress.AZ) -FOTO=4

İDMAN YENİLİKLƏRİni İNTİQAM təqdim edir (AZpress.AZ) -FOTO=4

 KARATE
-------------------------------------------------
Yeniyetmə və gənc karateçilərimiz AÇ-də 8 medal qazanıblar


7-9 fevral günlərində Macarıstanın paytaxtı Budapeçtdə 14-15, 16-17 yaşlı yeniyetmələr və 18-21 yaşlı gənclər arasında karate üzrə (şəxsi kumite və kata) Avropa şempionatı (AÇ-2020) keçirilib. Birincilik Azərbaycan karateçiləri üçün uğurlu olub. Beləı ki, komandamız 4-ü qızıl, 1-i gümüş və 3-ü bürünc əyarlı olmaqla 8 medal qazanıb. Ötən illərlə müqayisədə bu daha uğurlu nəticə hesab edilir. Medallara gəlincə, qızılları 14-15 yaşlılar arasında döyüşən Fərid Cavadov (57 kq), 16-17 yaşlılardan Sultan Hüseynov (55 kq), Fərid Ağayev (-76 kq) və Osman Osmanlı (+76 kq), gümüş medalı yalnız həlledici döyüşdə uduzan Alya Rzazadə (59 kq), bürünclər isə Əminağa Quliyev (61 kq), və 18-21 yaşlılar arasında çıxış edən Fidan Teymurova (50 kq) ilə Mədinə Sadıqovanın payına düşüb. Karateçilərimizdən Tale Yaqubov (68 kq), Hümmət Baxşəlıyev (67 kq), Anna Bezrebra (+54 kq) və Murad Hacızadə (+84 kq) isə bürünc medal uğrunda döyüşdə hakim ədalətsizliyi ilə üzləşərək, çıxışını medalın bir addımlığında başa vurub. Bununla da aktivinə 8 (4-1-3) medal yazdıran Azərbaycan komandası 52 iştirakçı ölkə arasında 3-cü yeri tutub. Onu da qeyd edək ki, Azərbaycan karateçiləri də daxil olmaqla, yeniyetmələrin 47-ci, 18-21 yaşlı gənclərin isə 12-ci Avropa çempionatında 1155 idmançı mübarizə aparıb.
Azərbaycan Milli Karate Federasiyasının prezidenti və Avropa Karate Federasiyası (EKF) İdarə heyətinin üzvü Yaşar Bəşirov fərqlənən idmançıları mükafatlandırma mərasimində iştirak edib. Beynəlxalq karate mütəxəssisləri və EKF rəsmiləri Azərbaycan karateçilərinin çıxışlarını yüksək dəyərləndiriblər. Yeniyetmə və gənclərin növbəti Avropa çempionatı Polşada keçiriləcək.

 

 

İNTİQAM

 

 

 

BOKS
-----------------------------------------
Boksçularımız Qazaxıstandan 3 "qızıl"la dönüb


Qazaxıstanın Ust-Kamenoqorsk şəhərində yeniyetmə boksçuların beynəlxalq turniri keçirilib. Turnir Azərbaycan boksçuları üçün çox uurlu keçib. Belə ki, turnirə 12 boksçu ilə qatılan yığmamız vətənə 3-ü qızıl, 1-i gümüş və 4-ü bürünc əyarlı olmaqla 8 medalla dönüb. Bütün bunlarla yanaşıŞ yığmamızın üzvü - Zaur Qəhrəmanov (57 kq) turnirin ən yaxşı texnikalı boksçusu adına layiq görülərək xüsusi mükafat qazanıb.
İNTİQAM

 


CÜDO

----------------------------------------------------------------

Cüdoçularımızın Paris fiaskosu


8-9 fevral günlərində Fransanın paytaxtı Parisdə kişi və qadın cüdoçular arasında mövsümün lisenziya təsnifatlı ilk "Böyük Dəbilqə" turniri keçirilib. İki gün davam edən bi turnirdə Azərbaycan da daxilo olmaqla 171 ölkəni təmsil edən 688 tatmi ustası medallar və reytinq xalları uğrunda mübarizə aparıb. Azərbaycan turnirə 5-i qadın olmaqla 17 cüdoçu ilə qatılıb. Təəssüflər olsun ki, cüdoçularımızdan heç biri mükafatçılar arasında yer ala bilməyib. Təmsilçilərimizdən yalnız Məmmədli Mehtiyev (90 kq) nisbətən yaxşı nəticə göstərib ki, o da bürünc medal uğrunda görüşdə uduzmaqla 5-ci yeri tutub və aktivinə 360 reytinq xalı yazdıra bilib.

Xatırladaq ki, Azərbaycan cüdoçuları ötən ay isə Təl-Əvivdə (İzrail) keçirilən ilin ilk Qran-Prisində buna oöşar uğursuzluqla üzləşmişdi. Həmin turnirdə isə Orxan Səfərovla (66 kq) Aleksandra-Larisa Florian (57 kq) 5-ci yeri tuitmuşdu.

İNTİQAM

 

 

 

 

VOLEYBOL
-----------------------------------------------
Azərbaycan yığması finalçılar sırasında

Avropa Voleybol Konfederasiyası (CEV) 2021-ci ildə qadınlar arasında keçiriləcək növbəti Avropa çempionatının final mərhələsində iştirak edəcək 24 komandadan 12-nin adını qçıqlayıb. Maraqlıdır ki, təsnifat mərhələdə iştirak etmədən birbaşa final mərhələsində oynamaq hüququ olan 12 komanda arasında Azərbaycan yığması da yer alıb. Azərbaycanla yanaşı, finallara birbaşa qatılan komandalar arasında Türkiyə, İtaliya, Polşa, Hollandiya, Almaniya. Rusiya, Belçika ve eləcə də çempionata ev sahibliyi edəcək Xorvatiya, Bolqarıstan, Serbiya və Rumıniya yer alıb. Finalda iştirak etmək hüququ verən daha 12 vəsiqə uğrunda isə 23 komanda təsnifat mərhələsində mübarizə aparacaq.
İNTİQAM

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !