Çin koronavirusla, Afrika isə bu canlı ilə üz-üzə - - 13 milyon insan...

Çin koronavirusla, Afrika isə bu canlı ilə üz-üzə - 13 milyon insan...

Birləşmiş Millətlər Təşkilatı (BMT) bəzi Afrika ölkələrində çəyirtkələrin sürətlə yayılmasından narahat olduqlarını dilə gətirib.
Keniya, Efiopiya və Somali son 25 ilin ən təhlükəli çəyirtkə istilası ilə üz-üzə qalıb. BMT-nin verdiyi açıqlamaya görə, çəyirtkə səbəbilə 13 milyon insanın qida məhsulları təhlükə altındadır. Bəhs edilən canlılarla mübarizə aparmaq üçün isə 76 milyon dollar vəsaitin lazım olduğu bildirilib. Çəyirtkələrin artımına əsas səbəb iqlim dəyişikliyi göstərilib. Mütəxəssislər bildirib ki, əgər bu həşəratlara qarşı vaxtında hər hansı tədbir görülməsə insanlar sürətlə çəyirtkə vəbası adlı xəstəliyi yoluxa bilərlər.
Qeyd edək ki, bir kvadrat kilometr ərazidə yerləşən 40-80 milyon çəyirtkə sadəcə bir gün ərzində 35 min nəfərə çatacaq qədər qidanı məhv edə bilirlər.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !