Azərbaycanda məşhur özəl klinika cərimələndi - - SƏBƏB

Azərbaycanda məşhur özəl klinika cərimələndi - SƏBƏB

“Atlas Medical Center” MMC açıq məkanda reklam haqqında qanunvericiliyi pozduğu üçün beş min manat cərimə edilib.
AZpress.AZ
oxu.az-a istinadla xəbər verir ki, bu barədə qərarı Nərimanov Rayon Məhkəməsi çıxarıb.
Klinika İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci (Açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, həmçinin, onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib.
Qərarından narazı qalan “Atlas Medical Center” MMC apellyasiya şikayəti verib.
Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !