Qış məktəbinin iştirakçıları "Azərterminalkompleks" Birliyinə və Kinoloji Mərkəzə səfər ediblər -

Qış məktəbinin iştirakçıları "Azərterminalkompleks" Birliyinə və Kinoloji Mərkəzə səfər ediblər

 Fevralın 11-də Dövlət Gömrük Komitəsinin Akademiyası və Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) birgə təşkilatçılığı ilə keçirilən IV Beynəlxalq Qış məktəbinin iştirakçıları Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyinə və Kinoloji Mərkəzə səfər ediblər.
Qış məktəbinin iştirakçılarıKinoloji Mərkəzin gündəlik iş prosesi və fəaliyyəti ilə bağlı məlumatlandırılıb. Bildirilib ki, Mərkəzdə xidməti axtarış itlərinin narkotik vasitələrin, partlayıcı maddələrin, odlu silahların və döyüş sursatının axtarışı, iz üzrə axtarış, bütün növ obyektlərin mühafizəsi üzrə hazırlanması həyata keçirilir.
Daha sonraiştirakçılar "Azərterminalkompleks" Birliyinə baş çəkiblər. Birliyin inzibati binasında yerləşən Heydər Əliyev Muzeyində qonaqlara Ümummilli liderin həyat və fəaliyyətini əks etdirən eksponatlar, Ulu öndərin gömrük orqanlarının yaranması və formalaşmasındakı gərgin və misilsiz əməyi haqqında ətraflı məlumat verilib.
Həmçinin, iştirakçılar"Azərterminalkompleks" Birliyinin tərkibində fəaliyyət göstərən Gömrük Tarixi Muzeyində nümayiş olunan eksponatlarla tanış olublar.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !