"Türkiyə ilə Suriya arasında müharibə başlayacaq" ? - - Rus mətbuatı tarix verdi

"Türkiyə ilə Suriya arasında müharibə başlayacaq" ? - Rus mətbuatı tarix verdi

Rusiya mətbuatında Türkiyə ilə Suriya arasında müharibənin başlayacağı iddia edilib.
Yeniavaz.com
xəbər verir ki, Rusiya mətbuatı 24-72 saat içərisində Türkiyənin Suriyaya müharibə elan edəcəyini iddia edib. Mərkəzi Asiyadakı müharibələr və digər hərbi mövzularda xəbər yayımlayan Rusiyanın "avia.pro" xəbər portalında yer alan məlumata görə, Türkiyə İdlibdə iri çaplı əməliyyata hazırlaşır. Bu səbəblə İdlibə 300-dən çox tank, top, zirehli hərbi texnikalar və 1000-dən çox əsgər gətirilib. Xəbərdə həmçinin bildirilir ki, hələlik Türkiyə Rusiya ilə bu barədə razılığa gələ bilməyib. Əməliyyatın başlaması üçün sadəcə Rusiyanın icazəsi lazımdır.
Qeyd edək ki, İdlibə çox sayda hərbi qüvvənin göndərildiyi Türkiyənin Müdafiə Nazirliyi tərəfindən də təsdiqlənib.
Ruslan Yusibov 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !