Tərtərdə ana azyaşlı övladına şişlə işgəncə verib -

Tərtərdə ana azyaşlı övladına şişlə işgəncə verib

Tərtərdə ana azyaşlı övladını yandırıb.
AZpress.AZ
APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Azadqaraqoyunlu kəndində baş verib.
Kənd sakini Könül Dünyamalıyeva yaşadığı evdə şişi qaz sobasında qızdıraraq oğlu, 2011-ci il təvəllüdlü Telman Dünyamalızadənin bud, çanaq, qol və əlinə basıb.
Uşağın atası R. Dünyamalıyevin şikayətindən sonra Tərtər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 133.2.4-cü( yetkinlik yaşına çatmayan şəxsə qarşı işgəncə vermə) maddəsilə cinayət işi başlanıb. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !