İstintaq təcridxanalarına qadağan olunmuş əşyaların keçirilməsinin qarşısı alınmışdır -

İstintaq təcridxanalarına qadağan olunmuş əşyaların keçirilməsinin qarşısı alınmışdır

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına və 2 saylı İstintaq təcridxanasına qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınmışdır.
Cinayət Məcəlləsinin 180.2.1; 180.2.2 və 56.1.3-cü maddələrinə əsasən 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş və hal-hazırda Bakı İstintaq təcridxanasında saxlanılan məhkum Quliyev Ruslan Eldar oğluna qohumu Bakı şəhər sakini Nəsibov Gündüz İman oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan şirniyyatın içərisində xüsusi üsulla gizlədilmiş bükülülərdə 0,781 qram narkotik maddə - həşiş qətranı, 0,854 qram narkotik maddə - tiryək və 1,614 qram narkotik maddə - heroin aşkar edilmişdir.
Cinayət Məcəlləsinin 181.2.1; 181.2.5; 228.1 və 234.1-ci maddələrinə əsasən 10 il müddətinə azadlıqdan məhrum edilmiş və hal-hazırda 2 saylı İstintaq təcridxanasında saxlanılan məhkum Məmmədov İsgəndər Aftandil oğluna dostu Gəncə şəhər sakini Məmmədov Ruslan Arif oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan almaların içərisində xüsusi üsulla gizlədilmiş, daxilində danışıq kartı olan 1 ədəd Samsung markalı mobil telefon aparatı aşkar edilmişdir.
Hər iki faktla bağlı araşdırma aparılır.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !