Cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsinin qarşısı alınmışdır -

Cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsinin qarşısı alınmışdır

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Xidmətin Müalicə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınmışdır.
Cinayət Məcəlləsinin 234.4.1; 234.4.3; 317-2.1; 66.3; 67.1-ci maddələrinə əsasən 13 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Kazımov Nicat Əlirza oğlu ilə qısamüddətli görüşə gəlmiş qohumu Bakı şəhər sakini Quliyev Fərid Novruz oğlunun üzərinə baxış keçirilən zaman əynindəki cins şalvarın iç tərəfində xüsusi üsulla tikilərək hazırlanmış saxlanc yerində gizlədilmiş bükülüdə 0,738 qram narkotik maddə - marixuana aşkar edilmişdir.
Faktla bağlı araşdırma aparılır.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !