Penitensiar xidmət polis əməkdaşları ilə birgə növbəti uğurlu əməliyyat keçirmişdir -

Penitensiar xidmət polis əməkdaşları ilə birgə növbəti uğurlu əməliyyat keçirmişdir

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının müxtəlif cinayətlərin üstünün açılması istiqamətində Respublikanın digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı davam edir.
Penitensiar xidmətin, Bakı İstintaq təcridxanasının əməliyyat aparatlarının və Binəqədi rayon Polis idarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Hüseynov Natiq Rafiq oğlu həbs edilməmişdən əvvəl Binəqədi rayonu ərazisində yerləşən kənd qəbiristanlığında gizlətdiyi 1 ədəd “Deutsche Werk Erfort” markalı tapança və ona məxsus 1 ədəd sandıqçanı könüllü olaraq təhvil vermişdir.
Faktla bağlı araşdırma aparılır
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !