Yeni robot venaya insandan daha yaxşı iynə vurur - - TƏQDİMAT

Yeni robot venaya insandan daha yaxşı iynə vurur - TƏQDİMAT

Ratqers Universiteti və Maunt-Sinay Tibb Kompleksi Universitetinin tədqiqatçıları tərəfindən hazırlanmış robot dərini skan edir və vena damarlarını insanlardan daha yaxşı tapır.
"ictnews" xəbər verir ki, bu, xəstələrdən qan nümunəsi götürərkən infeksiya və tromboz riskini azalda bilər.
Tibb personalı əllərində vena damarları görsənməyən xəstələrlə tez-tez qarşılaşırlar. Belə olan halda qan nümunəsi götürmək üçün vena damarlarını aşkar etməyə imkan verən ultrasəs aparatından istifadə olunur. Ancaq ultrasəs aparatından istifadə olunan hallarda belə bəzən ilk dəfədən vena damarına düşmək olmur.
Qan nümunəsi götürmək üçün xüsusi robot iynəni idarə etmək üçün daxili ultrasəs texnologiyasından istifadə edir.
Araşdırma nəticəsində məlum olub ki, robot 87% halda vena damarları zəif görünən xəstələrdən ilk dəfədən qan nümunəsi götürməyə müvəffəq olub. Tədqiqatda 31 nəfər iştirak edib. Müqayisə üçün, tibb personalı 27%-60% halda ilk dəfədən qan nümunəsi götürməyə müvəffəq olmur. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !