Elza Seyidcahan Prezidentə - MÜRACİƏT ETDİ - VİDEO

Elza Seyidcahan Prezidentə MÜRACİƏT ETDİ - VİDEO

Əməkdar artist Elza Seyidcahan Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya videomüraciət edib.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə öz “İnstagram” hesabında bildirib.
Belə ki, ifaçı videomüraciətdə iddia edib ki, ölkə başçısı seçkilərin şəffaf keçiriləcəyini desə də, şəffaflığın “ş” hərfini belə tanımayan Sadiq Qurbanovun tərəfdarları buna əməl etməyib.
Seçkilərdə uduzan ifaçı eyni zamanda iddia edib ki, Yeni Azərbaycan Partiyasının (YAP) üzvü Sadiq Qurbanovun bülletenləri bir gün əvvəldən müəllimlərə məcbur paylanılıb. Elza Seyidcahan Sadiq Qurbanovun Nizami rayon İcra başçısının qohumu olduğu üçün, seçicilərə məcbur onu seçməli olduqları deyildiyini iddia edib.
Xatırladaq ki, 54 saylı Şabran-Siyəzən seçki dairəsindən namizədliyini irəli sürən müğənni özünün və bacısının döyüldüyünü iddia edib.
Sənətçi hal-hazırda Bakıdakı xəstəxanaların birində xəstəxanada müalicə alır.
Sözügedən videonu təqdim edirik: 

İlahə Hüseynova

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !