"Onun ailəsi var, nə qədər gözləyim?" -

"Onun ailəsi var, nə qədər gözləyim?"

"Ətrafdakı dostlarım, tanışlarım deyirdi ikinci baharını yaşayırsan. Onların sözünü etika xatirinə qəbul edirdim. Amma mən nə birinci baharımı tam yaşadım, nə də ikinci baharım oldu. Tam səmimi deyirəm, mən bunu yaşamadım. Düşünürəm ki, bəlkə bundan sonra ikinci bahar yaşayacam".
Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Nisə Qasımova "Ağ və qara" verilişində deyib. Müğənni sevgi həyatından bəhs edib.
Qasımova yaşadığı böyük sevgidən söz açıb:
"Əlbəttə... Yeni insanlardan özümə qarşı sevgi görürəm. 25-27-28 yaşlı insanlar mənə sevgi göstərir. Amma fərdi məhəbbət beynimdə məhv olub. Çünki inanmıram... Balaca bir inam hüceyrəsi olsa da, onu öldürəcəm. Həyatımın son 20-25 ilini qorxaraq yaşamışam: şeytan məni aldadar, pis insanlara rast gələrəm.
Vaxtilə sevmişəm. Öncə insanda inam olmalıdır. Qarşı tərəfdə sevgi balansı sənə yaxın olmadısa, atəşin sönəcək. Əvvəl ürək insanı idim, ağıla qulaq asmırdım. Deyirdim, "Eşqimi sönməyə qoymayacam". Nə oldu? İndiyənə qədər də gözləyirəm. Həmin insanın ailəsi, övladları, qəşəng... Hə, sən hələ gözlə. Qarşı tərəfdə sənin inandığın nələrsə yoxdursa, eşq öləcək". 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !