İTV-dən seçki saxtakarlığı ilə bağlı ismarıc - -VİDEO=2

İTV-dən seçki saxtakarlığı ilə bağlı ismarıc -VİDEO=2

İctimai Televiziyada yayımlanan “3D” verilişinin budəfəki qonağı seçki dairəsi üzrə lider namizəd Razi Nurullayev olub.
Yeniavaz.com
xəbər verir ki, veriliş boyu bir sıra maraqlı məqamlar yaşanıb. Belə ki, efirə gələn depuatlığa namizəd Əziz Əliyev seçkilərdə qalib gəldiyini və deputat seçildiyini deyərək, katibə Lyubaya hədiyyə gətirib. Lyuba da hədiyyəni ən görünən yerə qoyulmasını xahiş edib. Bu zaman Əzizin köməkçisi hədiyyəni kameranın önünə qoyub. Onun belə hərəkəti 9 fevral tarixində ölkədə keçirilən növbədənkənar parlament seçkilərində baş verən seçki saxtakarlığını xatırladıb. Belə ki, bəzi məntəqələrdə seçki dairələrinə qoyulan müşahidə kameralarının üzəri müxtəlif vasitələrlə örtülmüşdü.
Bir digər maraqlı məqam isə verilişin sonunda yaşanıb. Aparıcı Dadaş Dadaşlinski katibə Lyubaya zəng edərək telefonunun “zaryatkasının öldüyünü”, deyib. Lyuba isə cavabında “O sizin üçün ölüb, bizim üçün hələ sağdır”, sözlərini deyib. Lyubanın belə cavabı seçkilərdə baş verən bir məqamı xatırladıb. Belə ki, məntəqəyə səs verməyə gələn vətəndaş, qohumunun öldüyü halda, onun yerinə səs verildiyini bildirib. Məntəqə işçisi bu zaman cavabında, “O, sizdən ötrü ölüb, bizdən ötrü yox”, sözlərini deyib.
Qeyd edək ki, sözügedən hadisənin Qazax rayonunun 1 saylı məntəqəsinin 107 nömrəli dairəsində baş verdiyi iddia edilib.
İlahə Hüseynova 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !