Lənkəranda Uğurlu karyera könüllülükdən başlayır ! layihəsinin təlim kursu keçirilib - +FOTO=9 (Ağaddin Babayev, AZpress.AZ)

Lənkəranda “Uğurlu karyera könüllülükdən başlayır !” layihəsinin təlim kursu keçirilib +FOTO=9 (Ağaddin Babayev, AZpress.AZ)

 Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi və Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin tərəfdaşlığı ilə devralın 11-də Lənkəran şəhər Gənclər Evində Gənclər Fondunun 13- cu qrant müsabiqəsinin qalibi olmuş “Uğurlu karyera könüllülükdən başlayır!” layihəsi çərçivəsində təlim kursu keçirilib. AZpress.AZ xəbər verir ki, tədbiri giriş sözü ilə açan Lənkəran Şəhər Gənclər və İdman idarəsinin rəisi Mikayıl Cəfərzadə iştirakçıları salamlayaraq bildirib ki,2020-ci il Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycanda “Könüllülər ili” elan olunub. Natiq həmçinin çıxışında gənclər üçün həyata keçirilən təlim və seminarların onların fərdi inkişafında rolundan danışaraq vurğulayıb ki, belə bir layihənin həyata keçirilməsi rayonda könüllülük hərəkatının inkişafına təkan verəcək.
Layihənin rəhbəri Nilufər Mahmudzadə çıxışında Azərbaycan Respublikasının Gənclər Fondu, rəhbəri olduğu layihə haqqında ətraflı söz açaraq layihənin əsas məqsədinin gənc könüllülər vasitəsilə könüllülük hərəkatının daha geniş platformalarda təbliğ olunduğunu bildirib. N.Mahmudzadə həmçinin deyib ki, 2020-ci ilin ölkə Prezidenti İlham Əliyev tərəfindən “Könüllülər ili” elan olunması layihənin uğurlu gedişatına bir daha töhfə verib. Layihənin həyata keçiriməsində əsas məqsəd könüllülük fəaliyyətini gənclər arasında təbliğ etmək, layihədə iştirak edəcək gənclərin özləri vasitəsilə könüllülüyün daha geniş miqyasda təbliğatını aparmaq, gənc nəsli cəmiyyətin elmi, mədəni və sosial həyatında iştiraka və könüllü fəaliyyətlərə həvəsləndirməkdir.
Layihənin koordinatoru Elbəy Fətəliyev çıxışında qeyd edib ki,könüllülük hərəkatında gənclərin yaxından iştirakı onların həm fərdi inkişafı, həm də vətəndaş cəmiyyətinin uğurla idarə olunması baxımdan olduqca əhəmiyyətlidir. E. Fətəliyev həmçinin gənclərin könüllü olaraq bir sıra idarə və müəssisələrdə, eləcə də gənclər təşkilatlarında yaradılan könüllülük proqramlarına müraciət etmələrini tövsiyə edib.
Daha sonra təlimçi Rafət Şirəliyev könüllülük fəaliyyəti, könüllülüyün istiqamətləri, bu sahəni tənzimləyən qanunvericvilik bazası, könüllülük sahəsində yerli və beynəlxaq təcrübə haqqında gəncləri məlumatlandırıb.
Sonda layihə iştirakçıları sertifikatlarla təltif olunub.
Qeyd edək ki, layihənin növbəti təlim kursu Masallı rayonunda keçiriləcək

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !