Özbəkistanda Qarabağ Azərbaycan mədəniyyətinin beşiyi adlı layihəyə start verilib -

Özbəkistanda “Qarabağ Azərbaycan mədəniyyətinin beşiyi” adlı layihəyə start verilib

 Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə “Qarabağ: Azərbaycan mədəniyyətinin beşiyi” adlı mədəniyyət tədbirlərinə start verilib.
Bununla əlaqədar Mərkəzin layihəsi ilə "Qarabağ atı" animasiya filmi Özbək dilinə dubliyaj edilmiş və yaxın günlərdə geniş nümayişinə başlanılacaqdır.
İl ərzində Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən müxtəlif tədbirlər çərçivəsində “Qarabağ əcdadlarımızın mirası” adlı sənədli film nümayiş etdiriləcək, “Azərbaycanın Qarabağ diyarı Özbəkistan rəssamlarının gözü ilə” rəsm müsabiqəsi, habelə “Könlüm keçir Qarabağdan” adlı şeir müsabiqəsinin keçirilməsini nəzərdə tutulub. Mərkəz müsabiqə çərçivəsində hər iki ölkənin şairlərin və həvəskar şeirsevərlərin Qarabağa həsr etdikləri ən maraqlı və gözəl şeirlərinin, poemalarının seçilməsi, habelə onların nəşrini planlaşdırır.
Bundan başqa, Qarabağ Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Mərkəzin “Wikipedia.org” Beynəlxalq Elektron Ensiklopediyasında Azərbaycana dair Özbək dilində yeni bölmələrin yaradılması, mövcud bölmələrin zənginləşdirilməsi məqsədi ilə 2020-ci il ərzində Qarabağ, onun Azərbaycan mədəniyyətində, ədəbiyyatında, musiqisində yeri və rolu, tanınmış qarabağlılar, bölgənin müxtəlif rayonları, onların özünəməxsus abidələri, adət və ənənələri və s. dair yeni bölmələr yaradılacaqdır.
Sözügedən mövzuda foto, rəsm, moda sərgilərinin nümayiş etdiriləcək, habelə Mədəniyyət Mərkəzinin “Youtube.com” platformasında fəaliyyət göstərən online kanala video məlumatlar yerləşdiriləcəkdir.
“Qarabağ Azərbaycan mədəniyyətinin beşiyi” adlı layihə çərçivəsində tədqiqat əsərlərinə, yerli mətbuatda çoxsaylı məqalələrin dərc edilməsinə dəstək göstəriləcək, il ərzində Özbək, rus və Azərbaycan dillərində kitabların, videoroliklərin, filmlərin subtitrla hazırlanması həyata keçiriləcəkdir.
Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən 2020-ci il ərzində Qarabağa həsr olunmuş konsertlərin, muğam axşamlarının keçirilməsi və bu çərçivədə “Qarabağ muğam qrupu”nun Özbəkistanda çıxışı nəzərdə tutulub.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !