Məryəm Məmmədovanın Uğur qatarım adlı fərdi sərgisi açılıb. - +FOTO=97 (İ. Nəriman - AZpress.AZ)

Məryəm Məmmədovanın “Uğur qatarım” adlı fərdi sərgisi açılıb. +FOTO=97 (İ. Nəriman - AZpress.AZ)

 Fevralın 8-də Xətai Sənət Mərkəzində istedadlı rəssam, Respublika Uşaq və Gənclər İnkişafı Mərkəzinin şagirdi Məryəm Məmmədovanın “Uğur qatarım” adlı fərdi sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, Xətai Sənət Mərkəzinin dəstəyi ilə reallaşan sərgidə rəssamın 60-dan çox müxtəlif mövzulu rəsm əsərləri yer alır.

Sərginin açılışından öncə Məryəm Məmmədova təəssüratlarını bölüşərək əsərləri haqqında məlumat verib. Hələ uşaqlıqdan onda incəsənətə maraq olduğunu deyən rəssam söyləyib ki, müəyyən vaxt keçdikdən sonra onun marağı sənətə sevgi ilə əvəzlənib. Vurğulayıb ki, o, rəngli karandaş, sulu boya, quaş, akril, yağlı boya, qarışıq texnikada işləməyi xoşlayır. Rəssam sərgidə nümayiş olunan əsərlərin müxtəlif mövzularda –təbiət gözəllikləri, insani hisslər kimi mövzularda olduğunu da söyləyib.

“Ekspozisiyadan da göründüyü kimi, qeyd etdiyim mövzuları tablolaşdırmağı sevirəm. İncəsənət mənim üçün müqəddəs bir peşədir. Gələcəkdə daha möhtəşəm sənət əsərləri ilə ölkəmizi beynəlxalq səviyyəli müsabiqə və festivallarda təmsil etməyi qarşıma məqsəd qoymuşam. Özümlə yanaşı, sənətdə olan bütün həmkarlarıma da uğurlar arzulayıram”, - deyə Məryəm Məmmədova bildirib.

Sərginin açılış mərasimində Əməkdar artist Teymur Məmmədov çıxış edərək əsərlərin məziyyəti haqqında danışıb. Bildirib ki, Xətai Sənət Mərkəzində mütəmadi olaraq belə sərgilərin təşkili olduqca əlamətdardır. Qeyd edib ki, mərkəzdə açılan sərgilər incəsənətin inkişafına dəstək göstərməklə yanaşı, eyni zamanda, əsərləri nümayiş edilən rəssamlara da bir növ dəstək xarakteri daşıyır.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !