Gülağa Tənha - sevgiyə inanırmı?

Gülağa Tənha sevgiyə inanırmı?

Gülağa Tənhanın sevgi haqqında dediyi fikirlərdən belə qənaətə gəlmək olur ki, fərq etməz sən hansı təbəqənin adamısan, vacib olan əqidənin, insanlığın olmasıdır. Əgər bu keyfiyyətlər səndə varsa və sən özündən əlavə qarşındakı insanın da düşüncəsinə, hisslərinə anlayış göstərirsənsə sevdiyin qədər də seviləcəksən. Yalnız təmənnasız sevdikdə sən həyatın dadını olduğu kimi dadırsan...

Sevgidən söhbət düşmüşkən gəlin balaca bir araşdırma aparaq:
Alimlərin fikrincə sevgi hissi kimyəvi prosesdir. Kiməsə bu müsbət təsir bağışlayır: şəxsi keyfiyyətləri, karyerası inkişaf edir və nəticədə özünü təsdiqə gətirib çıxardır. Kimdə isə əksinə: əlləri tərləyir, iştahandan kəsilir, ürək döyüntüsü çoxalır.

Alimlər hər bir mərhələnin yaranmasına aid kimyəvi elementlərin rolunu müəyyən ediblər.

Mərhələ 1: Şəhvət
Şəhvət hissiyyatına bədəndə əmələ gələn testosteron və estrogen cinsi hormonları cavabdehdir.
Testosteron kişilərlə yanaşı qadınlarda da cinsi yaxınlıq istəyinin əmələ gəlməsində əhəmiyyətli rola malikdir.

Mərhələ 2: Cazibədarlıq
Bu mərhələdə sevgi atəşinə tutulanlar məhəbbətdən başqa heç nə görmürlər.
Aşiqlərdə iştaha itə və onların yuxusu da qaça bilər. Belələri saatlar ərzində sevgi obyektləri barədə xəyallara dala bilərlər.
Cazibədarlıq mərhələsində monoamin adlanan neyro-ötürücülər qrupu mühüm rol oynayır.
Dopamin - həmçinin kokain və nikotin təsirillə aktivləşir.
Noradrenalin - eyni zamanda adrenalin də adlanır. Bu hormon tərləmə və ürək çırpınması yaradır.
Serotonin - aşiqləri müvəqqəti çılğın edən ən mühüm sevgi hormonlarından biridir.

Mərhələ 3: Bağlılıq
Əgər əlaqələr üzunmüddətlidirsə, bağlılıq cazibədarlıq ardınca gələn mərhələdir.
Bu mərhələ dünyaya övlad gətirən çütlüklərin bir yerdə qalmasından ibarətdir. Sosial bağların möhkəmlənməsinə iki hormonun cavabdeh olduğu güman edilir.

Sevgi hissini yaradan 2-feniletilamindir. Neyrotransmitter və neyromodulyator olaraq emosional həssaslığı, simpatiya hisslərini artırır.Feniletilamin şokoladın və şərbətlərin tərkibində də olur. Lakin beyində endogen olaraq ifraz olunan maddənin effektini vermir, çünki tez parçalanır.İnsanın emosiyalarını idarə edən kimyəvi sistem qədimdə də insanlara məlum olub .

Alimlər nə qədər bu hissə elmi ad verib araşdırma aparsalar da düstur sadədir: Həyatını qayəsi sevgidir!

Qayıdaq müsahibimiz Xeyriyyəçi - Şair Gülağa Tənhanın (Qənbərov) müsahibəsində vurğuladığı vacib məsələyə: Sevgi hissinə görə nə qədər müharibələr başlamış və əksinə, saziş bağlanaraq dayandırılmışdır.

Daha ətraflı video linkdə: https://www.youtube.com/watch?v=jJ8TZ6y68PM



#Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !