Koronavirus xəstələri sağala bilər - - İlk təcrübələr uğurla nəticələndi

Koronavirus xəstələri sağala bilər - İlk təcrübələr uğurla nəticələndi

Çin höküməti Uhan şəhərində ortaya çıxan yeni tip koronavirusun (COVİD-19) müalicəsi üçün Ebola virusu üçün nəzərdə tutulan dərmanları sınaqdan keçirib.
Məsələ ilə bağlı açıqlama verən prof. Deyvid Huinin sözlərinə görə, Ebola virusu üçün nəzərdə tutulan“Remdesivir” adlı dərman COVİD-19-un müalicəsi üçün də sınaqdan keçirilib: “Remdesivir”preparatının sınaqları xəstəliyin ortaya çıxdığı Uhan şəhərində bir neçə gün əvvəldən başlanıb və 100-dən çox insan üzərində yoxlanılıb.”
D. Huinin sözlərinə görə, dərmanı sınayan 100-dən çox insan müalicəyə müsbət reaksiya verib.
Qeyd edək ki, hazırda koronavirusa yoluxanların sayı 66.492-ə, ölənlərin sayı isə 1524-ə çatıb.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !