İDMAN YENİLİKLƏRİni - İNTİQAM təqdim edir (AZpress.AZ) -FOTO=10

İDMAN YENİLİKLƏRİni İNTİQAM təqdim edir (AZpress.AZ) -FOTO=10

 KARATE
----------------------------------------------------------
Rafael Ağayev qızıl, İrina Zaretsksa bürünc medal qazanıb


Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) Dubay şəhərində kişi və qadın karateçilər arasında 2020-ci il məvsümünün daha bir mötəbər yarışı keçirilib. Söhbət Azərbaycanın 12 (8 kişi, 4 qadın) karateçi ilə qatıldığı Karate-1 Premyer Liqanın 2-ci mərhələ yarışından gedir. 11 təmsilçimizin kumite,I 1-ninsə kata yarışında iştirak etdiyi bu yarışı yığmamız biri qızıl, digəri isə bürünc əyarlı olmaqla 2 medalla başa vurub. Qızıl medalı həlledici finalda italiyalı Luici Busu 3:2 hesabla məğlubiyyətə uğradan beşqat dünya çempionumuz Rafael Ağayev (75 kq), "bürüncü" isə kiçik finalda fransalı Aliz Aqyeni üstələyən İrina Zaretska (68 kq) qazanıb.Maraqlı bir məqamı da qeyd edək ki, İrina bürünc medal qazanmaqla Tokio Olimpiadasına lisenziya qazanmaq şansını bir qədər də artırıb. Qeyd edə ki, İrina Dubay turnirinə qədər topladığı 8107,5 xalla reytinq cədvəlinə vahid liderlik edirdi. O, ən yaxın təqibçisini 2250 xal geridə qoyurdu. Yeri gəlmişkən Rafael Ağayevin də Tokioya getmək şansı çoxdur. Beləki, o, Dubayda finala çıxana qədər 5805 xalla reytinq cədvəlində 4-cü idi. DDubayda daha bir təmsilçimiz - Rafiz Həsənovsa (67 kq) bürünc medal uğrunda türkiyəli Burak Uyqura uduzaraq, çıxışını medalın bir addımlığında bitirib.
İNTİQAM
.

======================================================


FUTZAL
------------------------------------------------------------------
Ölkə Kubokunun 1\16 finalınd cavab oyunları


Futzal üzrə Azərbaycan Kubokunun 1\16 final mərhələsinin cavab oyunları çərçivəsində daha 5 oyun keçirilib. Maraqlı oyunların birində ölkə kubokunun hazırkı sahibi olan EKOL-la NTD qarşılaııb. İlk oyunda 2:5 hesabıyla uduzan EKOL yalnız bir top fərqli üstünlüklə mərhələni aşa bilib - 5:1. Digər oyunlarda isə aşağıdakı nəticələr qeydə alınıb:
"Dalğa" - "Standard" - 0:1 (ilk oyun 1:6);
"Badamlı" - "Fortsa Neftçi" - 7:3 (5:2);
"Nəqşicahan" - "Bakı" - 5:1 (1:1);
"Atletiko Baku" - "Yasamal" - 5:2 (4:4).
Bu mərhələdə daha bir oyun "Advokat"la "Baku Fayr" arasında olacaq. İlk görüşdə ikinci qalib gəlib - 4:5.
İNTİQAM

 

=======================================================


CÜDO
---------------------------------------------------------
İspaniyada Azərbaycan finalı
Cüdoçularımız Avropa Kubokuna 6 medalla başlayıblar


İspaniyada yeniyetmə cüdoçuların Avropa Kuboku start götürüb. Turnirin ilk günü Azərbaycan cüdoçuları üçün uğurlu olub. Belə ki, turnirin startında tatamiyə çıxan cüdoçularımızdan 6-sı mükafatçılar sırasında yer alıb. Ən yaxşə nəticəni isə 50 kq çəki dərəcəsində çıxış edən Sahib Babayev göstərib. Bütün görüşlərini qələbə ilə başa vuran Sahib çempion adını qazanıb. Yalnız həlledici finalda öz komanda yoldaşı Babayevə uduizan İslam Rəhimov (50 kq), Samir Piriyev (55 kq və Səbinə Əliyeva (48 kq) ikinci yeri tutmaqla gümüş medala layiq görülüb. Səbinə Qədirovayla (52 kq) Qədir Hüseynovsa (55 kq) üçüncü yeri tutmaqla bürünc medalla kifayətlənib.
İNTİQAM

=====================================================


ATLETİKA
----------------------------------------------------
Atletimiz Nazim Babayev Türkiyədə birinci olub
Yekaterina Sarıyevasa yeni rekord göstərib


Türkiyədə yüngül atletika üzrə Balkan ölkələrinin çempionatı keçirilir. Bağlı idman arenasında (manej) keçirilən bu yarışda Azərbaycan atletləri də iştirak edirlər. Turnirə qatılasn 7 idmanşımızdan ikisi artıq öz sözünü deməyi bacarıb. Belə ki, üç təkanla tullanan Nazim Babayev 16,92 metr göstərici ilə birinci yeri tutub. O, bu yarışmada erməni atlet Levon Aqasyanı (16,44 m) və gürcüstanlı Laşa Qulelaurunu (16,29 m) geridə qoyub.
Daha bir atletimiz - Yekaterina Sarıyeva isə 13,50 metr nəticə ilə üçüncü yeri tutub. Sarıyeva bu göstərici ilə, həm də Azərbaycan üzrə yeni qış rekordu vurub.

İNTİQAM

====================================================

VOLEYBOL
----------------------------------------------------------------
"Azərreyl" liderliyi əldən verməyib


Bu gün qadın voleybol klublarının mübarizə apardığı Azərbaycan Super Liqasında iki oyun keçirilib. Münasibətləri ayırd etmək üçün ilk olaraq meydana "Abşeron"la UNEC çıxıb. Görüş birincinin 3:0 hesablı qələbəsiylə bitib. Bu qələbədən sonra xallarının sayını 12-yə çatdıran "Abşeron" liderliyi ələ alıb. Lakin bu liderliyin öşrü uzun olmayıb. Belə ki, bu oyundam sonra meydana çıxan "Azərrel" "Murov"la görüşdən eyni hesablı qələbə ilə ayrılıb. Bu isə Azərbaycan voleybolunun flaqmanına liderliyi yenidən ələ almaq imkanı verib. Hazırda komandaların turnir vəziyyəti belədir:
Azəreyl - 12 xal (4 oyun), Abşeron - 12 xal (5), Murov - 3 xal (4), Mübariz - 3 xal (3), UNEC - 0 XAL (4).
İNTİQAM

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !