Külli miqdarda aksiz markası olmayan siqaretlər aşkarlanıb -

Külli miqdarda aksiz markası olmayan siqaretlər aşkarlanıb

 Bakı Baş Gömrük İdarəsinin əməkdaşları ölkə ərazisinə qeyri-qanuni yollarla gətirilən
külli miqdarda aksiz markasız siqaretlərin realizə edilməsinin qarşısını alıblar.
Belə ki, Baş İdarənin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə Bakı
şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində yerləşən mənzildə bir qrup
şəxs tərəfindən külli miqdarda aksiz markasız siqaretlərin saxlanılması və realizə
edilməsi barədə əməliyyat məlumatı daxil olub.
Məlumat təsdiqini tapdıqdan sonra yaradılmış əməliyyat qrupu məhkəmənin qərarı ilə
həmin mənzildə əməliyyat-axtarış tədbirləri həyata keçirib.
Baxış zamanı mənzildən Azərbaycan Respublikasına məxsus aksiz markası ilə
markalanmayan 208 min 200 ədəd müxtəlif markalı siqaretlər aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !