İlqar Məmmədov evindən çıxarkən saxlanıldı - -VİDEO

İlqar Məmmədov evindən çıxarkən saxlanıldı -VİDEO

REAL sədri İlqar Məmmədov evdən çıxarkən saxlanılıb.
Bu barədə partiyanın rəsmi "Facebook" səhifəsində məlumat paylaşılıb.
Bildirilir ki, İlqar Məmmədov 90 AP 973 qeydiyyat nömrə nişanlı maşınla naməlum istiqamətə aparıldı.
***
Xəbər verdiyimiz kimi, bu gün REAL sədri İlqar Məmmədov evindən çıxarkən saxlanılması videosu yayılıb.
Partiya rəhbərinin saxlanılması ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bildirdi ki, heç kəs saxlanılmayıb:
“Saxlanılan yoxdur. Polis idarə və bölmələrinə heç kəs gətirilməyib. Ola bilsin ki, profilaktik tədbir kimi, kimlərsə ərazidən uzaqlaşdırılıblar. İctimai asayışı polis qoruyur, onlar polis tərəfindən ərazidən uzaqlaşdırılıblar. Amma bu o anlama gəlmir ki, onlar saxlanılıb. Belə bir hal varsa, deməli onları ərazidən uzaqlaşdırıblar”.
DİN rəsmisi bildirdi ki, İlqar Məmmədovdan başqa 2-3 nəfər də ərazidən uzaqlaşdırılıblar.
"İlqar Məmmədov hal-hazırda haradadır?" sualına isə DİN sözcüsü belə cavab verdi: “Özü bilər haradadır. Onlar polis idarəsinə gətirilməyiblər”.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !