Dəli yığıncağı tamaşasının premyerası olub. - +FOTO=54 (Rüstəm İsmayılov AZpress.AZ)

“Dəli yığıncağı” tamaşasının premyerası olub. +FOTO=54 (Rüstəm İsmayılov AZpress.AZ)

 Fevralın 16-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Xalq artisti Cənnət Səlimovanın quruluş verdiyi “Dəli yığıncağı” tamaşasının premyerası olub.
AZpress.AZ xəbər verir ki, tamaşa Cəlil Məmmədquluzadənin 150 illik yubileyi münasibətilə hazırlanıb.
Əsərin səhnə redaksiyasının müəllifi İlqar Fəhmi, quruluşçu rəssam Telman Şıxıyıev, bəstəkar Firudin Allahverdi, rejissor assistenti Sevda Hacışəmiyevadır.

Səhnə əsərində rolları Xalq artisti Yasin Qarayev, Ağaxan Salmanlı, Əməkdar artistlər Şövqi Hüseynov, Nofəl Vəliyev və başqaları ifa ediblər.

Ümumilikdə Gənc Tamaşaçılar Teatrının truppasına daxil olan yaşlı, orta və cavan nəsli təmsil edən aktyorların yer aldığı tamaşada Hacı Nayibi Xalq artisti Yasin Qarayev, Fazil Məhəmməd ibn Yaqub Küleynini, Əməkdar artist Şövqi Hüseynov, Dəli Molla Abbas ibn Yəqubu, Əməkdar artist Nofəl Vəliyev və Ramil Məmmədov, Pırpız Sonanı, Aygün Fətullayeva, Doktor Lalbluz obrazını isə Anar Seyfullayev canlandırıb.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !