Ağcabədi rayonunda hesabat yığıncağı keçirilib - +FOTO=50 (AZpress.AZ Mais İbrahimov, Ağcabədi)

Ağcabədi rayonunda hesabat yığıncağı keçirilib +FOTO=50 (AZpress.AZ Mais İbrahimov, Ağcabədi)

 AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, 17 fevral 2020-ci il tarixdə Yaqub Məmmədov adına Ağcabədi Mədəniyyət Mərkəzində “Ağcabədi rayonunun 2019-cu ildə sosial – iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə əlaqədar” rayon icra hakimiyyəti başçısının hesabat yığıncağı keçirilmişdir. Əvvəlcə video – çarxla rayon haqqında şəhrli geniş məlumat verildi. Sonra Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov yığıncağı açıq elan etdi. İcra başçısı ötən hesabat ilində Ağcabədi rayonunda görülən quruculuq – abadlıq, tikinti işlərindən, eləcə də kənd təsərrüfatının aparıcı sahəsi olan pambıqçılıq, heyvandarlıq, baramaçılıq və taxılçılıqdan danışdı. Təhsil, səhiyyə sahələrinə də toxunan rayon rəhbəri ümumiyyətlə, rayonda keçən il görülən işlərdən geniş və ətraflı söhbət açdı. Yığıncaqda Prezident Aparatının məsul işçisi Əflatun Piriyev çıxış edərək, son 16 ildə ölkədə gedən qlobal inkişafdan, sosial sahədə aparılan islahatlardan, həmçinin respublikamızda keçirilən beynəlxalq tədbirlərdən danışdı. Bildirdi ki, 2019-cu il, bütövlükdə Azərbaycan Respublikası üçün uğurlu oldu. Və ölkədə ötən il qazanılan uğurlarda ağcabədililərin də öz payları var. Biz çalışmalıyıq ki, bundan sonra uğurlarımız daha da artsın. Yığıncaqda Ağcabədi rayon icra hakimiyyəti başçısının birinci müavini Rövşən Əhmədov, rayon Maliyyə İdarəsinin rəisi Raci Səfərov, Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Abbas Süleymanov, Ağcabədi RİHB-nin Kəbirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mürvət Orucov, Ağcabədi bələdiyyəsinin sədr müavini İlqar Hüseynov çıxış etdilər. Sonra yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevə müraciət qəbul olundu

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !