Gülağa Tənha - "Vətəndaş olaq"

Gülağa Tənha "Vətəndaş olaq"

azpress.az - saytı Gülağa Tənha (Qənbərov) yaradıcılığına müraciət edən növbəti çıxışçını təqdim edir.

Sözləri xeyriyyəçi - şair Gülağa Tənha, musiqisi Əməkdar incəsənət xadimi Nailə Mirməmmədliyə aid olan " Vətəndaş olaq " mahnısını ifa edir Xalq artisti Samir Cəfərov.
Mahnını əvvəli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin and içmə mərasimində dediyi sözlərlə başlayır. Lider televiziyasının canlı efirində səslənən mahnının klip versiyası da saytımız tərəfindən təqdim ediləcəkdir.
Sən harada olmağından, nə qədər nüfuz sahibi, söz sahibi olduğundan asılı olmayaraq əgər vətən sevgisi yoxdursa, fikrin, düşüncən, zəhmətin, qazandığın naliyyətlər belə qəpiyə dəyməz. - deyir Şair. Hər şey sevgidən başlayır, vətəni, elini - obanı sevəcəksənsə bu torpağa layiqli vətəndaş olacaqsan demək.


" Vətəndaş olaq " şeiri Gülağa Tənha yaradıcılığında uğurlu şeirlərindən biri hesab edilir.

 

VƏTƏNDAŞ OLAQ!...

Dil açıb Vətənə ana demişəm,
Vətənim – anamdı, anam – Vətəndi!
Udduğum havadı, içdiyim sudu,
Damarımda axan qanım – Vətəndi!
Yurda bağlananın, yurddaş olanın
Ocağı – Vətəndi, közü – Vətəndi!
Vətəndi bulağı, qayası, daşı,
Çəməni – Vətəndi, düzü – Vətəndi!
Canında-qanında od olmayanın,
Fikri, düşüncəsi qəpiyə dəyməz.
Vətənin adına ad olmayanın
Vətənsiz yaşamaq qəddini əyməz.
Gəl Vətən naminə yanaq, yaxılaq,
Bir bədən üstündə ayıq baş olaq.
Demirəm ucalaq uca göylərə,
Çölündə, düzündə qara daş olaq…
Vətəndaş olaq!
Vətəndaş olaq!


Bakı, 17 noyabr, 2005

 

 

#Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха #gulaqa tenha, #gulaqa qanbarov, #gülağa tənha, #gülağa qənbərov
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !