Ecofriend layihəsinin təlimlərinə start verilib. -

“Ecofriend” layihəsinin təlimlərinə start verilib.

 Azərbaycan Respublikasının Gənclər Fondunun 13-cü qrant müsabiqəsinin qaliblərindən biri olan Jalə Səfərlinin “Ecofriend” layihəsinin açılışı və ilk təlimi baş tutub. “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsində baş tutan təlimdə layihə rəhbəri Jalə Səfərli iştirakçılara layihə ilə bağlı məlumat verib. Bu gün insanların sağlam mühitdə yaşamasının təmin edilməsi, cəmiyyətin sahib olduğu ətraf mühit dəyərlərinin qorunması və inkişafı, ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılmasının vacib olduğunu qeyd edən Jalə Səfərli iştirakçılara təlim zamanı fikirlərini sərbəst şəkildə bölüşmələrini tövsiyə edib.

Təlimin ilk günü iştirakçılar ətraf mühit, ekologiya anlayışlarının mahiyyəti ilə tanış olub. Ekologiyanın inkişaf tarixi ilə bağlı məlumat əldə edən iştirakçılar bir elm kimi ekologiyanın yaranmasını zəruri edən səbəbləri araşdırıb, ekoloji şəraitin gərginləşməsinin əsas səbəblərini müzakirə ediblər. Komandalara bölünən iştirakçılar müxtəlif ekoloji problemləri canlandırıb, insanları təbiəti qorumağa çağırıblar.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !