İDMAN YENİLİKLƏRİni - İNTİQAM təqdim edir (AZpress.AZ) -FOTO=5

İDMAN YENİLİKLƏRİni İNTİQAM təqdim edir (AZpress.AZ) -FOTO=5

 ŞAHMAT
-------------------------------------------
Teymur Rəcəbov iddiçılar turnirində kimlərlə və nə vaxt qarşılaşacaq?

 

Martın 17-də Yekaterinburqda (Rusiya) azərbaycanlı qrossmeyster Teymur Rəcəbov da daxil olmaqla planetin 8 zən güclü şahmatçısının iştirakı ilə Dünya Şahmat Tacı uğrunda iddiaçılar tunirinə start veriləcək. Dairəvi sistem üzrə keçirilməklə 2 dövrədən və 14 turdan ibarət olacaq turnirin qalibi hazırkı dünya çempionu Maqnus Karlsenlə (Norveç) çempionluq uğrunda 12 partiyalıq matç seriyasında mübarizə aparmaq hüququ qazanmış olacaq. Turnirdə Rəcəbodla yanaşı, yarışın reytinq favoriti Fabian Karuana (ABŞ), hollandiyalı Aniş Qiri, çinli qrossmeysterlər Lin Lijenlə Van Xao və rusiyalı Aleksandr Qrişuk, Yan Nepomniyaşiy və Kiril Aleksenko triosu mübarizə aparacaq. Turnirin startına artıq sayılı günlər qalıb. Bu arada FİDE (Beynəlxalq Şahmat Federasiyası) sözügedən turnirin təqvimini elan edib. Azərbaycan şahmatsevərlərinin marağını nəzərə alaraq, həmyerilimiz Teymur Rəcəbovun iştirakı ilə keçiriləcək oyunları təqviminin təqdim edirik:

17 mart. 1-ci tur. Rəcəbov - Karuana;

18 mart. 2-ci tur. Rəcəbov - Din Lijen;

19 mart. 3-cü tur. Qiri - Rəcəbov;

21 mart. 4-cü tur. Rəcəbov - Qrişuk;

22 mart. 5-ci tur. Aleksenko - Rəcəbov;

23 mart. 6-cı tur. Van Xao - Rəcəbov;

25 mart. 7-ci tur. Rəcəbov - Nepomniyaşiy;

26 mart. 8-ci tur. Karuana - Rəcəbov;

27 mart. 9-cu tur. Din Lijen - Rəcəbov ;

29 mart. 10-cu tur. Rəcəbov - Qiri;

30 mart. 11-ci tur. Qrişuk - Rəcəbov;

31 mart. 12-ci tur. Rəcəbov - Aleksenko;

2 aprel. 13-cü tur. Nepomniyaşiy - Rəcəbov;

3 aprel. 14-cü tur. Rəcəbov - Van Xao.

İNTİQAM

 

 

 

VOLEYBOL
-------------------------------------
Çempionatda iki hakimiyyətlilik yaranıb


Bu gün kişilərdən ibarət voleybol klublarının çıxış etdiyi Azərbaycan çempionatının yüksək liqasında növbəti turun oyunları keçirilib. Oyunmlardan ikisi "Sərhədçi" Olimpiya İdman Mərkəzində baş tutub. İlk olaraq, "Ekspress"lə MOİK meydana çıxıb. Görüş hərbiçilərin 3:1 hesablı qələbəsi ilə bitib. Ardından "Azəərrel"lə "Neftçi" münasibətlərə aydınlıq gətirib. Bu görüşdə isə qələbə sevincini raqibinə bir set belə verməyən "Neftçi" yaşayıb - 3:0. Qələbə ağ-qaralara həm də liderə şərik olmaq imkanı verib. Dərnəgüldəki Voleybol Mərkəzində isə "Murov" çempionatımıza qatılan Gürcüstan yığmasını quqru hesabla udub - 3:0
Hazırda komandaların turnir cədvəlində vəziyyət belədir:
Xilasedici - 15 xal (6 0yun), Neftçi - 15 xal (6), Murov - 14 xal (6), MOİK - 10 XAL (6), Azərreyl - 6 xal (5), Ekspress - 3 xal (6), "Sərhədçi" - 0 xal (6), Gürsütan - 0 xal (1)..
İNTİQAM

 

====================================================


CÜDO
-------------------------------------------
Tatami ustalarımızı daha bir "Dəbilqə" gözləyir


Tokio Olimpidasında iştirak etmək istəyində olan Azərbaycan cüdoçularını qarşıda Olimpiya təsnifatlı daha bir "Böyük Dəbilqə" turniri gözləyir. Söhbət 21-23 fevral günlərində Almaniyanın Düsseldorf şəhərində keçiriləcək turnirdən gedir. Azərbaycanın 18 cüdoçu ilə qatılacağı bu turnirdə ümumilikdə 120 əlkəni təmsil edən 718 tatami ustasının medallar və lisenziya xalı uğrunda mübarizə aparacağı gözlənilir. Artıq Almaniyaya gedəcək komandanın heyəti müəyyənləşib. M araqlıdır ki, bir neçə gün öncə Parisdə (Fransa) təşkil olunan analoji turnirdə və eləcə də Təl-Əvivdə (İzrail) keçirilən məvsümün ilk Qran-Prisində iştirak etməyən və nəticədə də dünya reytinq cədvəlində liderlik mövqeyini itirən Rüstəm Orucov (73 kq). eləcə də qadın yığmamızın lideri olan İrina Kindzerska (+78 kq) da sözügedən turnirə qatılacaq. Qeyd edək ki, Orucovun bəlli turnirdə yaponiyalı Olimpiya çempionu Şohei Ono ilə yenidən qarşılaşmaq və ondan məhz bu şəhərdə çaş tutan əvvəlki iki turnirin finalında üzləşdiyi məğlubiyyətin əvəzini çıxmaq şansı var. Orucov turnirin qalibi olacağı təqdirdə dünya reytinq cədvəlində itirdiyi liderlik mövqeyini yenidən özünə qaytara bilər.

Almaniyaya gedəcək komandanın heyətində bu cütlüklə yanaşı, kişilərdən Kəramət Hüseynov, Oruc Vəlizadə (hər ikisi 60 kq), Nicat Şıxəlizadə, Orxan Səfərov (hər ikisi 66 kq), Telman Vəliyev (73 kq , Hidayət Heydərov, Murad Fətiyev (hər ikisi 81 kq), Məmmədəli Mehdiev (90 kq), Yelmar Qasımov, Zəlim Kotsayev (hər ikisi 100 kq) və ən ağırımız olan Uşanqi Kokuari (+100 kq), qadınlardan isə Leyla Əliyeva, Ayşən Qurbanlı (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq), İçinxorlo Munxtsedev və Aleksandra-Larisa Florian (hər ikisi 57 kq) yer alıb.

Yeri gəlmişkən, Azərbaycan cüdoçuları bundan əvvəl qatıldıqları hır iki turniri medalsız başa vurublar. İzraildə Səfərovla Florian, Fransada isə Mehdiyev yalnı 5-ci ola bilmişdi. Məvsümün medal hesabını açmaq və aktivlərindəki xalları artırmaq üçün cüdoçularımız bu turnirdə bütün bacarıqlarını ortaya qoymalıdırlar. Xatırladaq ki, turnirdə ilk üç yeri tutan cüdoçu müvafiq olaraq, 100, 700 və 500 reytinq xalı toplamış olacaq. 5-ci və 7-ci yerin sahibləri isə mqvafiq ardıcıllıqla 360 və 260 xal qazanacaqlar.

İNTİQAM

=============================================================

 

 

 

Messi ilə Hemlton 2019-cu ilin idmançısıdır



"Sports.ru"nun yaydığı məlumata görə, Laureus World Sports Awards (Dünya İdman ASkademiyası) 2019-cu ilin yekunlarına əsasən ən yaxşı idmançıların adlarını elan edib. Maraqlıdır ki, ilin ən yaxşısı adına "Barselona" (İspaniya) klubunun argentinalı ulduzu Lionel Messi ilə aormula-1 yarışlarının qalibi olan "Mersedes" komandasının britaniyalı piolotu Lyis Hemlton layiq görülüb. Maraqlıdır ki, Messi kollektiv idman növlərindən bu ada layiq görülən ilk idmançıdır. Xatırladaq ki, Messi 2018/19-cu illər mövsümündə formasını geyindiyi "Barsa"nın heyətində 36 dəfə qol sevinci yaşayıb. UEFA Çempionlar Liqasında 12 qola imza atan Messi şərəfini qoruduğu Argentina yığması da daxil olmaqla mövsümü 51 qolla başa vurub. Buna görə də, o, həm "Qızıl top" (6-cı dəfə), həm də "Qızıl buts" mükafatını qazanıb. Messinin Argentina millisi ilə Amerika Kubokunun üçüncüsü olması da onun uğurlarından hesab edilir. Hemiltona gəlincə isə o, ardıcıl olaraq5-ci, karyerasında isə 6-cı dəfə dünya çempionu adını qazanıb.Qaliblərin mükafatlandırılma mərasimi Berlində olub.
Bir məqamı da qeyd edək ki, bu mükafata namizədlər arasında tennisçi Rafael Nadal, qolfçu Tayqer Vuds, marafonçu Eliud Kipçoqe və "motoqonşik" Mark Markes də olub.

İNTİQAM

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !