20 min kubmetr olan bioloji tipli tullantı sutəmizləyici qurğu inşa edilir - +FOTO=6

20 min kubmetr olan bioloji tipli tullantı sutəmizləyici qurğu inşa edilir +FOTO=6

 Ekoloji sabitliyin qorunması və ətraf mühitin mühafizəsinin prioritet hesab edən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ekoloji problemlərin həlli istiqamətində zəruri tədbirlər həyata keçirilir. Bu tədbirlər sırasında tullantı sularının idarə olunması, ətraf mühitə ziyan vurmadan təmizlənib kənarlaşdırılması mühüm əhəmiyyət kəsb edir. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq bölgələrdə icra olunan su və kanalizasiya layihələri çərçivəsində tullantı sularının təmizlənib zərərsizləşdirilməsi məqsədilə yeni qurğular inşa edilir.
Respublikamızın böyük turizm potensialı olan şimal rayonlarında tullantı sularının optimal idarə edilməsi ekoloji baxımdan mühüm əhəmiyyət daşıyır. Ötən müddətdə icra olunan layihələr çərçivəsində Xaçmaz, Qusar və Quba şəhərlərində müasir standartlar səviyəsində içməli və tullantı su şəbəkələri yaradılıb. Bu şəhərlərin relyef xüsusiyyətləri və tullantı sularının axıdılma hövzələri qiymətləndirilərək Xaçmaz rayonu ərazisində birinci mərhələdə məhsuldarlığı sutkada 20 min kubmetr olan bioloji tipli tullantı sutəmizləyici qurğu inşa edilir.
Azərbaycan hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə Su Təchizatı və Kanalizasiya Layihəsi” çərçivəsində tikilən qurğuda işlər hazırda intensiv qaydada davam etdirilir. Tullantı sutəmizləyici qurğuda Xaçmaz, Qusar və Quba şəhərləri ilə yanaşı, Şahdağ Qış-YayTurizm Kompleksi ərazisində yaranan tullantı suları da təmizləncək. Tullantı sularının təmizləyici qurğuya nəqli məqsədilə daşıyıcı kollektorlar inşa edilib. Qurğuda təmizlənən su Qudyalçay dərəsinə axıdılacaq. Bu məqsədlə 2 km uzunluğunda kollektor tikilib.Tullantı sutəmizləyici qurğunun inşasının bu ilin sonunda başa çatdırılması nəzərdə tutulur.
Qeyd edək ki, regionlarda həyata keçirilən layihələr çərçivəsində 18 şəhərdə tullantı sutəmizləyici qurğuların tikintisi yekinlaşıb. Cari ilin sonuna qədər daha 9 şəhərdə tullantı sutəmizləyici qurğuların inşası başa çatacaq. Ümumilikdə, indiyədək 52 şəhər və rayon mərkəzində içməli su və tullantı su layihələri icra olunub. Bu şəhərlərin 30-da içməli su və kanalizasiya, 11-də isə içməli şəbəkələrinin tikintisi yekunlaşıb.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !