...nəticələri ləğv edildi - - MSK Ölüf, ölüf, derəm saa... Qavır daşı da var

...nəticələri ləğv edildi - MSK “Ölüf, ölüf, derəm saa... Qavır daşı da var”

 Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 107 saylı Qazax seçki dairəsindən qeydə alınmış namizəd Ramil Göyüşovun müraciətinə baxılıb.

 

Şikayət barədə MSK üzvü Bəxşeyiş Əsgərov məlumat verib. O bildirib ki, şikayətçi 12 məntəqə seçki komissiyasında pozuntuların baş verdiyini iddia edərək, videogörüntülər və aktlar təqdim edib.

 

MSK üzvü qeyd edib ki, araşdırmalar nəticəsində şikayətdə əks olunan pozuntuların böyük əskəriyyəti həqiqəti əks etdirir. B. Əsgərov deyib ki, həmin dairədə çəkilən videogörüntülərdən biri də sosial şəbəkələrdə yerləşdirilən “Ölüf, ölüf, derəm saa... Qavır daşı da var” ifadələri ilə məşhurlaşan videolardır. O deyib ki, videoda öldüyü qeyd edilən vətəndaş əslində həyatdadır:

 

"Sadəcə o evini atıb, iki övladını da götürərək, Bakıya gedib. Videoda əks olunan vətəndaş qadının öldüyünü məcazi mənada səsləndirib. Biz bir neçə mənbədən təsdiqləmişik ki, həmin xanım həyatdadır”.

 

B.Əsgərov deyib ki, MnSK üzvünün “o sizin üçün ölüb, bizim üçün yaşayır” ifadəsi də qadının faktiki həyatda olması ilə bağlıdır. İclasda sözügedən video haqqında müzakirələr MSK üzvlərinin gülüşünə səbəb olub.

 

MSK üzvü diqqətə çatdırıb ki, şikayətçinin əsas iddiası 1, 12, 13, 18 saylı məntəqələrlə bağlıdır. Müzakirələrin yekununda MSK-nın ekspert qrupunun rəyi əsasında namizədin müraciəti qismən təklif edilib.

 

Beləliklə, 107 saylı Qazax seçki dairəsinin 2 saylı seçki məntəqəsinin nəticələri ləğv edilib.

 

Qeyd edək ki, bu seçki dairəsində lider namizəd Səməd Seyidovdur.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !