Ana Dili Gününə həsr olunmuş Keçmişdən bu günə adlı tədbir - +FOTO=20 (İ. Nəriman - AZpress.AZ)

Ana Dili Gününə həsr olunmuş “Keçmişdən bu günə” adlı tədbir +FOTO=20 (İ. Nəriman - AZpress.AZ)

 Dünya İB Məktəbinin İnciçiçəyi salonunda İB şagirdlərinin iştirakı ilə Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Keçmişdən bu günə” adlı tədbir keçirilmişdir. Tədbirdə, adından da göründüyü kimi, keçmişimizin və bu günümüzün fonunda bir çox milli və bəşəri problemləri əks etdirən bədii kompozisiyalar səhnələşdirilmişdir. Bu zaman sanki böyük bir tarixi dönəmə xronoloji baxış təəssüratı yaradılmışdır.

Nizamı Gəncəvi, Məhəmməd Fizuli, Şah İsmayıl, Koroğlu, Cəlil MƏmmədquluzadə, Mikayıl Müşfiq, Hüseyn Cavid, Əhməd Cavad, Üzeyir Hacıbəyli, Müslüm Moqomayev kimi real tarixi şəxsiyyətlərin, qələm sahiblərinin bədii obrazları vasitəsilə bu gün də aktual olan Ana dili və milli məsələlərə toxunulmuşdur. Tədbir ənənəvi formatda keçirilməmişdir. Aparıcılar Mirzə Cəlil və həyat yoldaşı Həmidə xanım, Azərbaycanın keçmişdən bu günə tanınan tarixi simalarının fəaliyyətlərini Molla Nəsrəddin üslubunda təqdim etmişlər. Tədbirin məqsədi şagirdlərə milli kimliyin, ana dilin önəmini aşılamaq, soy kökümüzü tanıtmaqdır.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !