Tələbələr istehsalat təcrübəsinə başlayıblar -

Tələbələr istehsalat təcrübəsinə başlayıblar

 AMEA-nın Polimer Materialları İnstitutunda Sumqayıt Dövlət Universitetinin və Sumqayıt Dövlət Texniki Kollecinin tələbələri istehsalat təcrübəsinə başlayıblar

Sumqayıt Dövlət Universitetinin “Kimya-Biologiya” fakültəsinin IV kurs tələbələri və Sumqayıt Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Sumqayıt Dövlət Texniki Kollecinin “Kimyəvi birləşmələrin keyfiyyətinə analitik nəzarət” ixtisası üzrə təhsil alan 26 tələbəsi AMEA-nın Polimer Materialları İnstitutunda istehsalat təcrübəsinə başlayıblar.
Tələbələr təcrübəyə başlamazdan əvvəl təhlükəsizlik texnikası qaydaları ilə təlimatlandırılıb, təhlükəsiz iş şəraitinin təmin edilməsi üçün görülən işlər haqqında məlumat alıblar. Sonra PMİ-nin nəzdində 2016-cı ildən fəaliyyət göstərən SDU-nun “Yüksəkmolekullu birləşmələr kimyası və ekologiya” Elm və Tədris Mərkəzinin fəaliyyəti və institutun laboratoriyalarında aparılan elmi-tədqiqat işləri ilə tanış olublar. Təcrübə müddətində laboratoriyalarda tələbələrə mühazirələr keçiriləcək, istifadə olunan cihaz və avadanlıqların iş prinsipləri, onların təyinatı haqqında məlumatlar veriləcək, aparılan elmi-tədqiqatlara uyğun tərcübələr nümayiş etdiriləcək. Təcrübə prosesi tələbələrin elmi işə cəlb olunması, onlarda tədqiqatçılıq və peşə fəaliyyəti üçün zəruri olan praktiki vərdişlərin formalaşdırılması məqsədi daşıyır.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !