İranda bələdiyyə sədri koronavirusa yoluxdu - -Azərbaycan İranla sərhəddə nəzarəti GÜCLƏNDİRİLDİ

İranda bələdiyyə sədri koronavirusa yoluxdu -Azərbaycan İranla sərhəddə nəzarəti GÜCLƏNDİRİLDİ

İran dövlət televiziyası paytaxt Tehran şəhərində 13-cü bölgənin bələdiyyə sədri olan Murtəza Rəhmanzadəyə koronavirus diaqnozu qoyulduğunu açıqlayıb.
Çindən kənarda artıq 25 ölkədə koronavirusa yoluxma halı aşkarlanıb.Vəzifəli şəxs infeksiyaya yoluxduğu şübhəsi ilə xəstəxanaya aparılıb.
Xəbərdə M.Rəhmanzadədən götürülən analizlərin nəticələrinin pozitiv çıxdığı vurğulanıb.

 ***
Son vaxtlar Çin Xalq Respublikasında aşkarlanan, dünyanın bir sıra ölkələri ilə yanaşı, qonşu İran İslam Respublikasında da müşahidə olunan koronovirus epidemiyasına qarşı həyata keçirilən qabaqlayıcı tədbirlər çərçivəsində ölkəmizin gömrük-sərhəd keçid məntəqələrində nəzarət tədbirləri daha da gücləndirilib.
Bu barədə Gömrük Komitəsindən bildirilib.
Belə ki, İran İslam Respublikasından ölkə ərazisinə daxil olan şəxslərin bədən hərarəti ölkə sərhədini keçən anda, inzibati binaya daxil olmadan portativ termometrlərlə yoxlanılır. Bu məqsədlə gömrük-sərhəd keçid məntəqələri əlavə 20 ədəd portativ termometrlə təchiz olunub. Eyni zamanda, təcili tibbi yardım avtomobilləri birbaşa postların ərazisinə cəlb olunub və 24 saat növbəli rejimdə fəaliyyət göstərirlər.
Bundan başqa, Səhiyyə Nazirliyi və TƏBİB-in əməkdaşları gömrük-keçid məntəqələrində həyata keçirilən profilaktik tədbirlərlə əyani şəkildə tanış olublar və aşkar olunan riskli hallarda birgə fəaliyyətin koordinasiya edilməsi məsələləri müzakirə edilib.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !