Rənglərin ahəngi layihəsinin açılışı və ilk təlimi baş tutub. - +FOTO=6

“Rənglərin ahəngi” layihəsinin açılışı və ilk təlimi baş tutub. +FOTO=6

 Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə, "Mingəçevir Gənclər Evi" Sosial Xidmət Müəssisəsinin təşkilati dəstəyi ilə Nurlan Ömərovun "Rənglərin ahəngi" layihəsinin təlimlərinə start verilib. Açılıış zamanı çıxış edən layihə rəhbəri Nurlan Ömərov layihə ilə bağlı iştirakçılara məlumat verib. Layihənin məqsəd və vəzifələrindən danışan layihə rəhbəri gənclərə öz bacarıqlarından istifadə etməyi məsləhət görüb, təlimlər zamanı rənglərin müxtəlif xüsusiyyətləri ilə tanış olacaqlarını, rənglərin psixoloji vəziyyətə təsiri ilə bağlı məlumat əldə edəcəklərini bildirib.
Təlimin ilk günündə iştirakçılar rənglərin növləri, əsas və qarışıq rənglər qrupuna daxil olan rənglərlə bağlı məlumat əldə edib. Rənglərin fərdi xüsusiyyətlərinin nə kimi əhəmiyyət kəsb etdiyini öyrənən iştirakçılar daha sonra qrup tapşırıqları yerinə yetiriblər.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !