23 yaşlı gənci ə müraciətinə görə bıçaqladılar -

23 yaşlı gənci “ə” müraciətinə görə bıçaqladılar

Ağcabədidə cinayət hadisəsi baş verib.
AZpress.AZ report-a istinadən xəbər verir ki, hadisə fevralın 26-da, saat 15 radələrində rayonun Salmanbəyli kəndi ərazisində qeydə alınıb.
Belə ki, 1986-cı il təvəllüdlü Rafiq Mirzəliyev əmisi 1956-cı il təvəllüdlü Etibar Mirzəliyevlə torpaq sahəsində kirpi ovlayıblar. O, qardaşı, 1981-ci il təvəllüdlü Ramiz Mirzəliyev, E.Mirzəliyevin oğlanları – 1997-ci il təvəllüdlü Cəsur Mirzəliyev və 2002-ci il təvəllüdlü Cəzahir Mirzəliyevlə birlikdə həmin torpaq sahəsində yeyib-içiblər. Spirtli içki qəbul edəndən sonra Rafiq Mirzəliyev əmisi E.Mirzəliyevə “ə” ifadəsi işlədib. Daha sonra Rafiq Mirzəliyevlə əmisi oğlu C.Mirzəliyev arasında şəxsi münasibətlər zəminində mübahisə düşüb. Rafiq Mirzəliyev üstündə gəzdirdiyi cib bıçağı ilə C.Mirzəliyevin döş qəfəsinə 2 zərbə endirib.
C.Mirzəliyev yaxınları tərəfindən Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına aparılıb, vəziyyəti ağır olaraq qalır.
Hadisəni törədən Rafiq Mirzəliyev saxlanılıb.
Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !