KoronaAdam bizdən qaçır, yoxsa biz koronaya yoluxa bilmirik? -

“KoronaAdam” bizdən qaçır, yoxsa biz koronaya yoluxa bilmirik?

Bütün dünya koronavirus təhlükəsi ilə silkələndiyi bir vaxtda Azərbaycandan Gürcüstana və Belarusa gedən vətəndaşlarda aparılan analizlərin nəticəsi müsbət olub.
Bu məqamda haqlı olaraq vətəndaşlarda rəsmilərin “Azərbaycanda koronavirus yoxdur” açıqlaması şübhə doğurur.
Və belə bir sual yaranır: “Necə olur ki, həmin şəxslər Azərbaycan ərazisində olarkən, bu virus aşkarlanmır, amma öz ölkələrinin ərazisinə keçərkən, təsdiqlənir”.
Təəssüf ki, suallar çox, amma ona cavab verəcək bir ağsaqqal tapılmır!
İstər-istəməz bədbin düşüncələrə qapılırsan: Bu arada Səudiyyə Ərəbistanı koronavirus səbəbindən Azərbaycan da daxil olmaqla, 22 ölkənin vətəndaşlarına turist vizalarının verilməsini dayandırıb.
İnsanlar qalıb çaş-baş.
Modern.az-ın əməkdaşı olaraq Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət qərargahının “Qaynar xətti”nə-
+994 12 492 41 61,
+994 12 492 75 54,
+994 12 505 03 30,
+994 12 505 13 33 nömrələrinə zəng edirəm
Səhiyyə Nazirliyinə ünvanlayacağım sualıma özümü jurnalist kimi deyil, sadə vətəndaş kimi təqdim edərək, Qərargahın Vüqar Əsgərov adlı operatorundan çox kübar cavab alıram:
“Hazırda Azərbaycan ərazsində koronavirusa yoluxma halı yoxdur. Həkim müayinəsi üçün xəstəxanaya yerləşdirilən şəxslərdə bu virus aşkarlanmayıb. Virusun Azərbaycana yayılmaması üçün bütün lazımi tədbirlər görülür, vəziyyət ciddi nəzarət altındadır”.
Dünyanın başı üzərində ölüm kabusu kimi dolaşan bu koronavirus zəhirmar yox olsaydı, rahat nəfəs alardıq.
İntizar, gözləmə, qeyri-dəqiqlik koronavirusdan da ağrılıdır, betərdir.
Vallah rəsmilərimizin susqunluğunu, and içərək bizdə koronavirusun olmadığını nəzərə alanda, bir az özünü fərqli planetdə hiss edirsən.
Amma sonda adamı bir sual rahat buraxmır.
Əcəba, “KoronaAdam” bizdən qaçır, yoxsa biz koronaya yoluxa bilmirik? 
modern.az
Gülşən RAUFQIZI

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !