Gülağa Tənha - 28 fevral

Gülağa Tənha 28 fevral

Moskvada yaşayan Gülağa Qənbərov (Tənha) birliyi vacib sayan millətlərdən örnək götürməyi məsləhət görür. Azərbaycanlılar yəhudilər (cuhudlar)  kimi birləşib fəaliyyət göstərsələr iqtisadi cəhətdən daha da inkişaf etmiş olarlar. Daha sonra Xeyriyyəçi - Şair erməni vandalizmini xatırlayır...


Yaddaş!

Yeri gəlmişkən bu günki tarixdə baş verənlərə yazılı şəkildə nəzər salaq.

28 fevral 1988 - ci il tarixində Sumqayıtda ermənilər tərəfindən hadisələr törədildi...
Qoca və orta yaşlı nəsil bilir, qoy gələcək nəsil də bilsin ki, 27- fevraldan 28 - nə keçən gecə Sumqayıt hadisələrin təşkilatçıları ermənilər olmuşdur. Sabah əllərinə şuar götürüb bu günü xatırlanda bu faktları deyə biləsiniz. Hadisəni törədənlər Azərbaycan dilini yaxşı bilən ermənilərdən ibarət təxribatçı qruplar idi.
1988-ci il fevralın 19-dan etibarən İrəvanda kütləvi mitinqlər başlanır. Mitinq iştirakçıları "Ermənistanı türklərdən təmizləməli!", "Ermənistan yalnız ermənilər üçündür!" kimi şüarlar irəli sürürdülər. Mitinqlərin üçüncü günü İrəvanda salamat qalmış yeganə məscid binası (XX əsrin əvvələrində isə şəhərdə 8 məscid olmuşdur) və azərbaycanlı orta məktəbi, C.Cabbarlı adına İrəvan Azərbaycanlı Dram Teatrının ləvazimatı yandırıldı. İrəvanda bu hadisələrə qarşı etirazını bildirən azərbaycanlıların evlərinə od vurdular. İrəvanda bütün bunlar törədilən zaman Sumqayıt faciəsi hələ hazırlanırdı. "Sumqayıt qırğınları" proqramının icracılarından ən fəalının 1959-cu ildə anadan olmuş Eduard Robertoviç Qriqoryan adında erməninin olması (öldürülən 26 ermənidən 6 nəfəri onun payına düşür), hadisədən 10 gün əvvəl Sumqayıtın bütün əmanət kassalarından ermənilərin öz əmanətlərini kütləvi şəkildə götürmələri, qırğınların videolentə alınması üçün erməni operatorlarının əvvəlcədən hadisələrin planlı şəkildə törədiləcəyi yerlərdə özlərinə xəlvəti çəkiliş mövqeyi seçmələri, iki gündən sonra həmin lentlərin montaj edilib bütün dünyanı dolaşdırılması, "Sumqayıt qurbanları"nın xatirəsini "əbədiləşdirmək" üçün əvvəlcədən hazırlanmış abidənin dərhal Xankəndində qoyulması və bu kimi faktlar sübut edir ki, bütün bunlar erməniləri, eləcə də dünya ictimaiyyətini Azərbaycan xalqına qarşı ayağa qaldırmaq, onun "vəhşi" obrazını yaratmaq məqsədini güdmüşdür. Sumqayıt qırğınlarının fəal təşkilatçılarından erməni Ohanyanın, Samoylov və Pavlovskinin adları isə uzun müddət mətbuatdan gizli saxlanmışdı.
1988-ci il fevralın 27-dən 28-nə keçən gecə Sumqayıt şəhərində baş vermiş iğtişaşlar nəticəsində 32 nəfər dünyasını dəyişir. Onlardan 26-sı erməni, 6-sı isə azərbaycanlı olur. Eduard Qriqoryan idi. Baxmayaraq ki, Sumqayıt hadisələrinin təşkilatçısı kimi azərbaycanlı Əhməd Əhmədov güllələnib, amma şahid ifadələri əsl günahkarın əslində erməni əsilli Eduard Qriqoryan olduğunu sübut edir.


Sonralar Levon Ter-Petrosyan öz müsahiblərinin birində demişdi ki,
"Sumqayıt hadisələrindən sonra Azərbaycan xalqı şok vəziyyətinə düşmüşdü. Əgər ölkə rəhbərliyi bu məqamdan istifadə edib DQMV-nin Ermənistana birləşdirilməsi haqqında qərar çıxarsaydı Azərbaycan xalqı buna etiraz edə bilməyəcəkdi."
Bu sözlər aydın sübut edir ki, Sumqayıt faciəsi ermənilərə öz separatçılıq aksiyalarını həyata keçirməkdən ötrü lazım olmuşdur.
Ermənistanın tanınmış siyasi xadimlərindən Paruyr Ayrikyan bildirmişdi ki, "Sumqayıt hadisələri Moskva tərəfindən təşkil olunmuşdu".
Bu hadisələrin Moskva tərəfindən törədilməsini SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin o vaxtkı sədri N.Kryuçkov da etiraf etmişdir.


Bakının 30 km-də yerləşən Sumqayıt şəhəri təsadüfən seçilməmişdi. Həmin ərəfədə Ermənistandan zorla çıxarılmış 41 mindən artıq Azərbaycan türklərinin əksəriyyəti məhz Sumqayıtda məskunlaşmışdı və ermənilərin onlara qarşı törətdikləri vəhşiliklərə görə qəzəb içərisində idilər. Hələ Sovet dövründə də "ölü zona" adlandırılan şəhərin yerli əhalisi də yoxsulluq və səfalət ucbatından radikal addımlar atmağa meylli idi. Ona görə də burada geniş miqyaslı iğtişaşlar törətmək mümkün oldu. Hadisələrdən sonra Mixail Qorbaçov demişdi ki,  "Sumqayıt hadisələri bir qrup şəxsin xuliqanlığı nəticəsində baş verib."
Onun hadisəyə belə münasibəti cinayət hadisəsinin üstünün ört-basdır edilməsilə nəticələndi.

          Provokasiya adlı yayımda bu barədə xeyriyyəçi şair Gülağa Tənha ətraflı çıxış etmişdir. Xatırlatmaq üçün həmin video linki də nəzərinizə çatdırırıq: http://azpress.az/index.php?lang=az&sectionid=news&id=93811

 


#Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !