Pakistanda avtobus qatarla toqquşdu, onlarla ölən var -

Pakistanda avtobus qatarla toqquşdu, onlarla ölən var

Pakistanın cənubunda avtobusla sərnişin qatarının toqquşması nəticəsində azı 30 nəfər həlak olub.
Bu barədə hakimiyyət nümayəndəsinə istinadən “Kyodo” agentliyi bildirib.
Qeyd edilir ki, hadisə dəmir yol keçidində baş verib. Hadisə zamanı həmçinin daha 11 nəfər xəsarət alıb. Qəza yerində axtarış əməliyyatı aparılır.
Daha əvvəl "Sinxua" agentliyi hadisə zamanı 15 nəfərin həlak olduğunu, 30 nəfərin xəsarət aldığını bildirib. //Report 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !