Narkotiklərlə Mübarizə İdarəsi ləğv edildi - əməkdaşları sərəncama götürüldü -

Narkotiklərlə Mübarizə İdarəsi ləğv edildi - əməkdaşları sərəncama götürüldü

Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov Bakı Şəhər Baş Polis İdarəsində bir idarə və bir şöbəni ləğv edib.
AZpress.AZ
Qafqazinfo-ya istinadən xəbər verir ki, nazir bu barədə ötən ilin dekabr ayında əmr imzalayıb. Bakı BPİ-nin Narkotiklərlə Mübarizə İdarəsi və Daxili Təhqiqat Şöbəsi xidmətin optimallaşdırılması və daxili işlər orqanlarında aparılan tədbirlər çərçivəsində ləğv edilib.
Adıçəkilən iki strukturun əməkdaşları sərəncama götürülüb, daha sonra isə həmin əməkdaşlar BPİ-nin Cinayət Axtarış İdarəsinə və digər İdarələrdə müvafiq vəzifələrə təyin ediliblər.
Hazırda Narkotiklərlə Mübarizə İdarəsinin və Daxili Təhqiqat Şöbəsinin səlahiyyətində olan işləri paytaxtın rayon polis idarələrinin eyni adlı şöbələri yerinə yetirir. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !