İstedadlı ifaçı Milli Dram Teatrının səhnəsində maraqlı konsert proqramı təqdim edib - +FOTO=68 (Rüstəm İsmayılov AZpress.AZ)

İstedadlı ifaçı Milli Dram Teatrının səhnəsində maraqlı konsert proqramı təqdim edib +FOTO=68 (Rüstəm İsmayılov AZpress.AZ)

 Milli Konservatoriyanın məzunu, istedadlı ifaçı Cavahir Abdulova bu günlərdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində “Vətən” adlı solo konsert proqramı ilə çıxış edib.

AZƏRTAC xəbər verir ki, tamaşaçılar ilk olaraq Cavahir Abdulovanın ifasında Azərbaycanın görkəmli opera və estrada müğənnisi Müslüm Maqomayevin repertuarından “Azərbaycan” mahnısını dinləyiblər. O, elə ilk dəqiqələrdən hamının diqqətini özünə cəlb etməyi bacarıb.
Gözəl ifa tərzi və sənətə hədsiz məhəbbət ilə çoxlarının sevgisini qazanmış Cavahir Abdulova ənənəsinə sadiq qalaraq bu dəfə də ən sevilən mahnıları səsləndirib. Ürəyəyatımlı, məlahətli səsi ilə könülləri oxşayan ifaçı nəinki tamaşaçıları əla almağı bacarıb, həm də onlara ən yaddaqalan bir konsert proqramı bəxş edib.

Ömrünün 20 ilini “Suvar” Ləzgi Mahnı və Rəqs Ansamblına bağlayan Cavahir Abdulovanın repertuarında xalq və bəstəkar mahnıları hər zaman yeni çalarlarla, özünəməxsus formada təqdim olunur.

Gecədə ifaçını təbrik edən tanınmış yazıçı-jurnalist, Əməkdar mədəniyyət işçisi Sədaqət Kərimova Cavahir Abdulovanın sənət uğurlarından söz açıb, ona yeni-yeni yaradıcılıq nailiyyətləri arzulayıb.

Canlı ifaları ilə hamının zövqünü oxşayan C. Abdulovanı tamaşaçılar səhnədən alqışlarla yola salıblar.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !