Təcridxanaya narkotik və psixotrop maddə keçirilməsinin qarşısı alınmışdır -

Təcridxanaya narkotik və psixotrop maddə keçirilməsinin qarşısı alınmışdır

 Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına narkotik və psixotrop maddə keçirilməsi cəhdinin qarşısı alınmışdır.
Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən təqsirli bilinərək həbs edilmiş şəxs Qafarov Namiq Alim oğluna anası Bakı şəhər sakini Qafarova Nailə Vəli qızı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan yeməyin içərisində gizlədilmiş bükülülərdə 0,785 qram narkotik maddə - heroin və 0,206 qram psixotrop maddə - metamfetamin aşkar edilmişdir.
Faktla bağlı araşdırma aparılır.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !