"İnstaqramda kişiyə yazan qadın bütün pis sözlərə layiqdir" -

"İnstaqramda kişiyə yazan qadın bütün pis sözlərə layiqdir"

"Həyat yoldaşım İnstaqrama girmir. Onun yoxdur. Sevincin İnstaqramı mənəm, Facebook-u bir oğlu. Digər övladı da başqa sosial şəbəkəsidir".
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə "Ulduzlu yayım" verilişində deyib. Sənətçi həyat yoldaşı Sevincin sosial şəbəkələrdən istifadə etmədiyini bildirib.
Nadir İnstaqram istifadə edən qızları təhqir etməyindən bəhs edib:
"Bunu hamıya aid etməmişdim. İnstaqrama girib, müğənniyə, başqa kişiyə nə gəldi yazan qadın bütün pis sözlərə layiqdir.
Dərd odur ki, təhqiri kişilər yazmır. Mən də məcburam onlara elə sözlər deməyə. Baxırsan ki, özü pis gündədir, camaata əxlaq dərsi keçir". 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !