Ağcabədidə 8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd olundu. - +FOTO=8 (AZpress.AZ-Mais İbrahimov)

Ağcabədidə 8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd olundu. +FOTO=8 (AZpress.AZ-Mais İbrahimov)

 AZpress.AZ xəbər verir ki, hər il martın 8-i sosial – iqtisadi, ictimai – siyasi mübarizədə dünya
qadınlarının Beynəlxalq həmrəylik günü kimi qeyd olunur. Beynəlxalq Qadınlar Gününün bayram
edilməsi 1910-cu ildə Kopenhagendə sosialist qadınların 2-ci beynəlxalq konfransında Klara Setkinin
təklifi ilə qərara alınıb.
    İlk dəfə olaraq qadınlar günü 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada keçirilib.
Sonralar həmrəylik bayramı 1913-cü ildə Rusiyada, 1917-ci ildə isə Azərbaycanda qeyd edilib.
Beynəlxalq Qadınlar Günü 1914-cü ilədək müxtəlif günlərdə keçirilirdi. Bayramın mart ayının 8-də
keçirilməsi Avstriya, Macaristan, Rusiya, ABŞ və sair ölkələrin qadınları öz həmrəylik günlərini məhz
bu tarixdə qeyd edəndən sonra ənənəyə çevrilib.
    Həmin vaxtdan etibarən, dünya ölkələrində qadınlar 8 martı sülh uğrunda mübarizədə həmrəylik
günü kimi qeyd ediblər.
    1965-ci ildən keçmiş SSRİ dönəmində 8 Mart Beynəlxalq Qadınlar Günü elan olunmuşdur.
Müstəqillik qazandıqdan sonra respublikamızda 8 Mart – Beynəlxalq      Qadınlar Günü saxlanılaraq,
geniş qeyd edilir. Həmin gün qeyri iş günü hesab olunur.
   Ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyev 8 Mart Beynəlxalq
Qadınlar Günü keçirilməsinə mühüm önəm verib. Ulu öndər Qadınlar Bayramının Azərbaycan
qadınının ictimai-siyasi fəallığının, artmasında, inkişafında xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.
    8 Mart – Beynəlxalq Qadınlar Günü respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da
böyük ruh yüksəkliyi ilə bayram edilir. Bölgədə fəaliyyət göstərən ali, orta ixtisas və ümumtəhsil
məktəblərində, idarə, müəssisə və təşkilatlarda bununla əlaqədar tədbirlər, konsert proqramları təşkil
olunur. Bugünlərdə 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş ümumrayon tədbiri bu
baxımdan xüsusi əhəmiyyət kəsb edib.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !